PDF Oxu

Siyasət

  • 102

Xələf Xələfov: “Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

Xələf Xələfov: “Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

Bu gün Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən 44-cü iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçıları və XİN rəhbərləri səviyyələrində keçirilən görüşlər ciddi nəticələrin əldə olunması üzrə mövqelərin daha da yaxınlaşması üçün səylərin birləşdirilməsi üçün əlverişli imkanlar yaradıb.Nazir müavini deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələrin suverenliyi və hüquqlarına hörmət çərçivəsində, eləcə də tərəflər arasında etibarın gücləndirilməsi yolu ilə həll olunmalıdır: "Konvensiyanın ən yaxın zamanda imzalanması Xəzəryanı ölkələrin qarşılıqlı əlaqəsi və əməkdaşlığına yardım edəcək. Bakıda Xəzərin dəniz ətraf mühitinin müdafiəsi üzrə Çərçivə Konvensiyasının VI konfransının keçirilməsi planlaşdırılır. Azərbaycan tərəfi Bakıda Katibliyin yerləşdirilməsi haqqında razılaşma layihəsini hazırlayıb və həmin layihəni Xəzəryanı ölkələrə təqdim edib".X.Xələfov həmçinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə münasibət bildirib: "Azərbaycan dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həllinə vadar etmək üçün Ermənistana təzyiq etməyə çağırır. Ermənistan Azərbaycan ərazisini tərk etməli və münaqişə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Təmas xəttində baş verən hadisələrə görə, bütün məsuliyyət Ermənistanın üzərinə düşür".Qeyd edək ki, iclasda həmçinin Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə nümayəndəsi İqor Bradçikov, Tİranın xarici işlər nazirinin müavini İbrahim Rahimpur, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə səfirir Zülfiyə Amanjolova və ürkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Muradgeldi Atadjanov iştirak ediblər.

sia.az

Digər xəbərlər