"Azərbaycanı heç kim qınaya bilməz. Çünki Azərbaycan öz torpaqlarının azad olunması uğrunda mübarizə aparır. Cəbhədə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı prezidentinin yanındadır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.Millət vəkili Azərbaycan diasporunu da bu işlərdə fəal olmağa çağırıb: "Erməni diasporunun yalan məlumatlarını durdurmaq məqsədilə informasiya müharibəsində Azərbaycana dəstək verilməlidir. Gənclər də sosial mediada fəal olmalıdırlar".Daha sonra şıxış edən spiker Oqtay Əsədov söyləyib ki, bütün təmas xəttində mülki əhali yaşayır: "Lakin bir nəfər də yerindən çəkilmədi. Amma Ermənistan tərəfindən Şuşaya qədər olan hissədən hər kəs qaçır. Nəticə budur. Bizim insanların dövlətə olan inamı sonsuzdur. Lakin Dağlıq Qarabağın özündə əllərinə silah alıb döyüşə biləcək cavanlar yoxdur. Sosial şəbəkələrdə qocaların əllərində silahları olan köhnə şəkillər yayılır. Ona görə də bizim mətbuat işçilərindən xahiş edirik ki, düzgün məlumatlara əsaslansınlar. Onlar yaşayış yerini tərk edir. Bu belə də davam edəcək. Bax, biz bunları təbliğ etməliyik".
sia.az