Özbəkistanın nus.uz portalı Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası barədə geniş material verib.Materialda deyilir ki, son günlər Ermənistan silahlı qüvvələri cəbhə xəttində təxribatlar törədir. Əsas məqsəd Dağlıq Qarabağ münaqişəsində yaranan status-kvonu qoruyub saxlamaq və sülh danışıqlarını pozmaqdır.Qərb dövlətlərinin və beynəlxalq təşkilatların vasitəçiliyi ilə dəfələrlə sülh danışıqları aparılıb, hər dəfə də ermənilər müxtəlif təxribatlara əl ataraq danışıqlar pozublar.Məqalədə qeyd olunur ki, bütün bunlara baxmayaraq Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində dinc yolla həll edilməsinin tərəfdarıdır. Portalda Azərbaycan Prezidenti İlham Əliyevin iclasdakı çıxışı tam olaraq verilib.Məqalədə cəbhə xəttindən şəkillər də yerləşdirilib.
AZƏRTAC