PDF Oxu

Siyasət

  • 94

Azərbaycan Ordusu yalnız irəliyə gedə bilər

Azərbaycan Ordusu yalnız irəliyə gedə bilər

Cəbhədəki erməni təxribatının qarşısının alınması üçün Azərbaycan silahlı qüvvələrinin göstərdiyi qətiyyət, mübarizlik və hücum taktikasına əsaslanan fəaliyyəti Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirilib. Cəmiyyətin bütün təbəqələri, o cümlədən QHT-lər, KİV-lər və sadə vətəndaşlar Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirib. Söz yox ki, bütün bunların əsasında Azərbaycan dövlətinə və xalqına bağlılıq dayanır. Söhbət etdiyimiz müsahiblərimiz xalqın erməni işğalçılarını əzməkdə davam edən silahlı qüvvələrimizə inadığını və dəstəyini əsirgəmədiyini bildiriblər.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

- Cəbhə xəttində gərginliklər başlayan andan Azərbaycanda bütün media strukturları vahid informasiya əsasında fəaliyyət göstərdi. Həmin informasiyaları hərbi qayda-qanunlara uyğun və Mətbuat Şurasının mövcud qaydaları əsasında yaydıq. Dünya mediasına nəzər yetirsək görərik ki, artıq Azərbaycan mediasına kifayyət qədər istinadlar var. Bir sözlə, biz obyektiv, doğru və düzgün informasiyanı cəmiyyətə çatdırmağa çalışdıq. Yəni bu sahədə elektron media resurusları, saytlar kifayət qədər fəallıq göstərdi. Sosial şəbəklərdə də əhalinin, millətin xalqın ruh yüksəkliyi yüksək idi, ordu ilə vahid həmrəylik nümayiş olundu. Torpaqlarımızın işğaldan azad olunması üçün lazım olan ab-havanı yaratmağa qadirik. Ümumiyyətlə, cəbhədə olan bütün hadisələri çox diqqətlə izləyirik və Azərbaycan jurnalistləri hərbi vəziyyətdə işləməyə qadirdir, bunu da sübut etdilər.

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:

- Aprelin 1-dən 2-nə keçən gecə və ondan sonrakı günlərdə cəbhə xəttində baş verən hadisələr medianın diqqət mərkəzində olub. Xəbər agentliklərimiz, internet resurslarımız operativ şəkildə oxucuları məlumatladırıblar. Sevindirici haldır ki, 2014-cü ilin analoji hadisələrindən fərqli olaraq, bu dəfə mediamız daha təmkinli və diqqətli davrana bildi. Rəsmi təsdiqi olmayan məlumatlar mediaya yol tapa bilmədi. Hətta sosial şəbəkə istifadəçiləri də diqqətli olmağa çalışdılar. Sosial şəbəkə istifadiçiləri bir-birilərini məlumatlandıraraq "nələri etmək olmaz" məzmunlu paylaşmalar etdilər. Baş verənlər, Azərbaycanın mövqeyi rus, ingilis və digər əcnəbi dillərdə dünya ictimaiyyətinə çatdırıldı. Bütün bunlar Azərbaycan mediasının artıq döyüş şəraitində işləmək imkanında olduğu görüntüsünü yaratdı. Deməli, 2014-cü ildə atəşkəsin pozulması zamanı yaşananlar, mediada müşahidə edilən pərakəndəliklə bağlı ifadə edilən narahatlıq, dövlətin apardığı iş, Mətbuat Şurasının tövsiyələri öz bəhrəsini verib. Azərbaycan jurnalistləri artıq cəbhədə baş verənlərə təkcə xəbərçi kimi yanaşmırlar. Həm da çaılışırlar ki, vətəndaçlıq mövqelərini ortaya qoysunlar.

Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqov:

- Bu gün Azərbaycan Silahlı Qüvvələri, doğurdan da erməni işğalçılarını əzməklə çox böyük şücayət göstərir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan dövləti, onun ordusu çox böyük gücə malikdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında da qeyd etdiyi kimi, "bu gün Azərbaycan kiminsə torpaqını işğal etməyib və mühabirəbə aparmır". Bu gün Azərbaycan öz torpaqlarının azadlığı uğurunda, geri qaytarılması uğurunda mübarizə aparır. Azərbaycanın Milli Ordusu bir necə gün ərzində düşmənə sarsıdıcı zərbələr vurmaqla, bir daha sübut etdi ki, həqiqətən Azərbaycan Cənubi Qazfqazın nəhəng dövlətinə və böyük güc mərkəzinə çevrilib. Artıq Azərbaycan dünyada nüfuzlu bir ölkəyə çevrilib. Bu da sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində, milli ordu quruculuğu sahəsində illərdir ki, apardığı mübarizənin və qətiyyətinin nümayişi idi ki, bu gün biz Azərbaycan xalqı öz ordumuzla qurur duyuruq.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov:

- Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti inistutları orduya hər cür yardım etməyi və dətək göstərməyi özünə borc bilir. Artıq müxtəlif QHT-lər xarici ölkələrdəki tərəfdaşları ilə birgə informasiya müharibəsində öz sözünü deyir. QHT nümayəndələri təkcə informasiya müharibəsində deyil, eyni zamanda canları ılə Azərbaycan Ordusunun yanında olmağa hazırdir. Azərbaycan Ordusunun şücaətinə hər birimiz güvənirik və hesab edirik ki, bu haqq işində ordumuz, xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanacaq. Bu qələbə sorağı isə yaxın vaxtlarda eşidiləcək.

"Şəmsi Əsədullayev" Xeyriyyə İB-nin icraçı direktoru Cəsarət Hüseynzadə:

- Azərbaycan Ordusunun zəfəri cəmiyyət tərəfindən çox yüksək qarşılanır. Azərbaycan cəmiyyətinin bütün nümayəndələri ordu ilə həmrəylik nümayiş etdirir. Cəmiyyətin bütün nümayəndələri orduya dəstək olmaq məqsədi ilə, könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciət edir. Xaricdə yaşayan soydaşlarımız, o cümlədən qəlbi Azərbaycanla döyünən digər ölkə vətəndaşları da Ali Baş Komandana müraciət edərək həmrəylik nümayiş etdirir.

Beynəlxalq aləmdə balans Azərbaycanın xeyrinə dəyişib. Artıq bir çox dövlətlər və siyasətçilər Azərbaycanın ərazi bütövlüyü hüququnun təmin edilməsi üçün apardığı bu haqq işini anlayışla qarşılayır və bizi müdafiə edirlər.

Cəbhədəki vəziyyət də sübut edir ki, Azərbaycan həm ordusunun gücünə, həm də döyüş ruhuna görə Ermənistandan üstün vəziyyətdədir. Artıq ermənilər itirdiklərini əraziləri özləri etiraf etmək məcburiyyətində qalıblar.

Bu şəraitdə KİV-in və QHT-lərin üzərinə əlavə məsuliyyət düşür. Hər iki sahədə çalışanlar ordumuzda və milli maraqlarımızın təmin olunmasında üzərinə düşdüyü məsuliyyəti dərindən anlayır. Son günlər elektron media xəbərlərin cəbhə bölgəsindən yayımında operativlik nümayiş etdirir. Eyni zamanda, erməni və digər xarici qüvvələrin qərəzli informasiyaların yayınlanmasının qarşısını alır və əhalini dəqiq informasiya ilə təmin edir.

Bütün bunlar cəmiyyətin bütün təbəqələrinin eyni maraqlara xidmət etdiyini və düşmənə qarşı birləşdiklərini göstərir.

GÜLYANƏ

Digər xəbərlər