PDF Oxu

Siyasət

  • 116

YAP-ın Partiyadaxili İnkişaf və İntizam Komissiyasının iclası keçirilib

YAP-ın Partiyadaxili İnkişaf və İntizam Komissiyasının iclası keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının Partiyadaxili İnkişaf və İntizam Komissiyasının iclası keçirilib. Komissiya üzvləri ilə yanaşı, partiyanın bir sıra rayon təşkilatlarının sədrlərinin iştirak etdikləri iclasda "Partiya quruculuğu yeni inkişaf mərhələsində" mövzusu ətrafında müzakirələr aparılıb.

İclasdan öncə iştirakçılar cəbhədə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə komissiyanın sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək bildirib ki, ölkəmizdə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında olan siyasi qüvvə yoxdur: "Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə xalqın iradəsi ilə hakimiyyətə qayıdışından sonra respublikamızın həyatının bütün sahələrində qazanılmış nailiyyətlərdə iqtidar partiyası olan YAP-ın böyük rolu olub. Həmin dövr ərzində YAP kəmiyyət və keyfiyyət göstəriciləri nümayiş etdirərək, partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dili ilə desək, Azərbaycanın müasir tarixində böyük bir fenomen olduğunu, bölgədə analoqu olmadığını sübut etmişdir. Partiyamız öz gücünü Ulu Öndər Heydər Əliyev ideyalarından alır".

Hazırda YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndiyini bildirən komissiya sədri partiyamızın böyük uğurlar qazandığını diqqətə çatdırıb: "2016-cı il yanvarın 1-nə olan məlumata görə, YAP üzvlərinin ümumi sayı 667 min 76 nəfərdir. Partiya üzvləri 84 rayon (şəhər) təşkilatında və 7786 ərazi ilk partiya təşkilatında təmsil olunurlar. Partiyaçılardan 3604 nəfərin elmlər namizədi, 810 nəfərin isə elmlər doktoru elmi dərəcələri vardır. YAP sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib və ötən ilin parlament seçkilərində qələbə qazanmaqla bunu bir daha təsdiqləyib.

Kərim Kərimov, həmçinin partiyanın Qadınlar Şurasının və Gənclər Birliyinin üzvlərinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayıb. O, YAP-ın beynəlxalq əlaqələrini də genişləndirdiyini və bu əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

YAP-ın yeni inkişaf mərhələsində olduğunu deyən K.Kərimov qarşıda duran vəzifələrin yerinə yetirilməsi il bağlı partiyanın ətrafında birləşən hər bir partiya üzvünü fəal olmağa çağırıb.

İclasda digər çıxış edənlər də partiyamızın qazandığı uğurlar və qarşıda duran vəzifələr barədə danışıb və mövzu ətrafında fikirlərini bölüşüblər.

İntizarə Məmmədova

Digər xəbərlər