PDF Oxu

Siyasət

  • 112

“Əldə etdiyimiz yüksəkliklər prosesi irəli aparmaq üçün vacib fürsətdir” AÇIQLAMA

“Əldə etdiyimiz yüksəkliklər prosesi irəli aparmaq üçün vacib fürsətdir” AÇIQLAMA

"Bu gün hər bir insanın ürəyi cəbhədəki əsgərlərlə döyünür. Ordumuz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir". Bu fikirləri SİA-ya Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.O bildirib ki, qələbənin kiçiyi yoxdur, qələbə bütövlükdə qələbədir: "Ordumuzun gücü nəticəsində əldə etdiyimiz yüksəkliklər təkcə digər nöqtələri vura bilmək üçün punkt deyil, eyni zamanda prosesi hərbi və siyasi şəkildə irəliləyə aparmaq üçün vacib fürsətdir. Cəbhədə gedən proseslər nəticəsində bəlli oldu ki, ermənilər tərəfdə ön cəbhənin arxasında xalq yoxdur. Orada Ermənistandan gətirilən hərbçilərdən, yaşlı ermənilərdən, eləcə də muzdla gətirilənlərdən kənar real xalq yoxdur. Azərbaycan tərəfi isə xalqa söykənib, savaş aparır. Biz onların səngərləri, onlar isə mülki əhali ilə savaş aparırlar".Z. Orucun sözlərinə görə, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması üçün hər cür yola əl atır: "Bu gün ermənilərin içərisində pərakəndəlik yaşanır. 90-cı illərdən fərqli olaraq Sarkisyan erməni xalqının gözündə ölkəsi üçün savaşan lider deyil, əksinə Dağlıq Qarabağdan istifadə edib qazanan sümürgən şəxsdir. Bu amil daha da qabarıq görünəcək. Düşünürəm ki, çox yaxında Ermənistan əhalisi silahını Azərbaycan qarşı deyil, Sarkisyana qarşı çevirəcək. Erməni tərəfi Azərbaycan torpaqlarında özünə səngər qazıb. Bu səngərlər onlar üçün qəbirə çevrildi və bundan sonra da bu proses davam edə bilər. Azərbaycan müharibə istəmir, lakin torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, ölkəmiz müharibə yoluna üz tutacaq. Azərbaycan 90-ci illərdən fərqli olaraq Rusiya ilə yüksək münasibətlərə malikdir. Rusiya bilir ki, bu hadisədə erməni tərəfini tutarsa, bu, bölgənin anti-Rusiya mövqeyinə yuvarlanmağı deməkdir. Artıq bu məsələdə heç bir beynəlxalq təşkilat Azərbaycanı qınamır. Bu günlərdə minlərlə erməni rəyini izlədik. Onlar etiraf etdilər ki, biz müxtəlif ştatlarda qətnamə qərar axtarışında olanda, Azərbaycan dövləti silahlandı, formalaşdı, gücləndi. İndi bizim sənədlər qara qəpiyə də dəymir. Bu baxımdan düşünürəm ki, məğlub olmuş atalarımızı qınamaqdansa, qalib oğula çevrilmək yaxşıdır".

sia.az

Digər xəbərlər