Fakt budur ki, erməni saytı - "armtoday.am" sevə-sevə AXCP sədri Əli Kəriminin "Daha deməyin ki, lazım gəlsə, Qarabağı alarıq…" fikirlərini əks etdirən "facebook"dakı "qəhrəmanlığını" tirajladı! Özü də elə bir həssas ərəfədə ki, bundan ötəsi yoxdur! Erməni saytının Əli Kərimlinin məhz bu sözündən tutub Azərbaycan dövlətini hədəfə alması, əldə etdiyimiz cəbhə qələbəsini kölgəyə salması təəccüb doğurmamalıdır. O bir Allah bilir ki, düşmən mətbuatında özünü millətin gözünə zorla, güclə dürtən Əli Kərimlinin nə qədər sitatları, ona olunan istinadlar var. Məqsəd?! Əslində, ortada məqsəd-filan yoxdur, sadəcə Əli Kərimli deyilən bir satqının, xəyanətkarın çirkin maraqları, yalnız özünə sərf edən xəbis, ürkəkbulandırıcı niyyətləri var ki, daha millət də onun uzun illərdən bəri sərgiləsiyi bənzər, çoxsaylı ləyaqətsizliklərindən bezara gəlib. Bu "adamın" xəmirinin Azərbaycanda yoğrulmaması ehtimalları artıq artmaqdadır. Xüsusilə, satqınçılıq və xəyanətlərinin sayına görə. Özü də ilin-günün bu vaxtında…
Qonşu kənddə Gizir adlı sözünü insanların üzünə deyən bir ağsaqqal kişi varyımış. Ötən əsrin Stalin repressiyası dövrlərində onu qolçomaq adı altında tutub-aparmışdılar Sibirə. Tutulanda 14 uşağı varıydı, aralarında bir yaş fərqi varıydı. Axırıncı dəfə evindən çxıanda arvadının hamilə olub-olmadığını bilməyibmiş binəva. Gizir kişi on il sonra evinə döndüyü zaman görür ki, onun üstünə 14 yox, 15 uşaq "atamız gəldiiii!!!" deyə qışqırararq qaçır. Br-bir hamısın öpür, axrıncısına çatanda dönüb arvadı Qələməyə, "bu hardan çıxdı?" deyərək, mənalı-mənalı baxır və…
Qələmə arvad da ərinin başlarına yığılmış qonum-qonşunun yanında biabır olmaması üçün deyir ki, əşşi, tutulanda bunu qoyub getmişdin da bə! Gizir kişi də gözünə döndüyüm qayıdıb deyir ki, yox arvad, bu mənim xəmirimə oxşamır!
İndi belə gedərsə, Əli Kərimlinin xəmirinin əsas bioloji kökünün axtarılmasının vacibliyi özünü daha çox göstərməyə başladır. Axtarıb-arasaq, çox şey taparıq, Gizir kişinin sözü olmasın.
RÖVŞƏN