PDF Oxu

Siyasət

  • 104

BELƏ XALQ MƏĞLUBEDİLMƏZDİR!

BELƏ XALQ MƏĞLUBEDİLMƏZDİR!

Hər kəs QARABAĞIMIZI düşmən tapdağından azad etmək hissi ilə alışıb-yanır

Qarabağ cəbhəsində baş verən hadisələr fonunda dünya birliyi Azərbaycan xalqının daha bir möhtəşəm vətənpərvərlik ruhunun şahidi oldu. Mənfur erməni işğalçılarının məlum təxribatlarından sonra burunlarının ovularaq geriyə otuzdurulması hər bir azərbaycanlının qələbə əzmində olduğunu sübuta yetirdi. Bu gün hər bir Azərbaycan vətəndaşı əlinə silah alıb, torpaqlarımızı azad etməkdən ötrü Ali Baş Komandanın əmrinə müntəzir dayanıb. Yaşından, dinindən, dilindən asılı olmayaraq, bu müqəddəs məmləkətin halal çörəyini yemiş soydaşlarımız məhz Prezident İlham Əliyevin ətrafında sıx biləşərək, dəyanətli yumruğunu düşmənin başına vurmağa hazır olduğunu nümayiş etdirir.

Şərəfverici daha bir faktor dünyanın hər bir bucağından Ali Baş Komandanımız, Prezident İlham Əliyevə ünvanlanan dəstək, çağırış və müraciət məktublarıdır

Hətta məktəbli şagird, yaşlı təqaüdçü, gənc nəslin qız və oğlanları bir ağızdan AZƏRBAYCAN hayqırıb, onun ayrılmaz hissəsi olan QARABAĞIMIZI düşmən tapdağından azad etmək hissi ilə alışıb-yanır. Bir də ki, sonsuz bayraq sevgisi. Son hadisələrdə canlarını vətənə qurban vermiş ölməz şəhidlərimizin dəfn mərasimlərində səslənən vətənpərvərlik şüarları, şəhid ata və anaların başlarını dik tutub, "lazım gələrsə, digər övladlarımızı da Vətənimizin bütövlüyü uğrunda qurban verərik" kimi kəlamları səslənədirmələri, həqiqətən də insanın ürəyində sonsuz fərəh və qürur hissləri oyadır.

Şərəfverici daha bir faktor dünyanın müxtəlif bölgələrindən Ali Baş Komandanımız, Prezident İlham Əliyevə ünvanlanan dəstək, çağırış və müraciət məktublarıdır. Bu məktubları istər xarici ölkələrdə yaşayan azərbaycanlılar, istərsə də Azərbaycansevər qeyri-azərbaycanlılar ünvanlayırlar. Onlar bu savaşda Azərbaycanın ədalətli olduğunu özlərini tanıdıqları kimi dərk edir, məhz haqq və ədalət yolunda dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü mənfur düşməni məhv etməklə qorumaq gücündə, arzusunda olduqlarını vurğulayırlar. Təbii ki, bu dövlət rəhbərimizin nüfuzuna, müdrikliyinə, qətiyyətinə və söz sahibi olmasına verilən dəyərli qiymətdir. Lazım gələrsə, işğalçı ermənilərin ərazilərimizdən qovulmaları üçün Ali Baş Komandanımıza məktub ünvanlayanlar hər an bu müqəddəs yolda ölməyə və canlarından keçməyə hazır olduqlarını sərgiləmiş olurlar.

Müqəddəs bayrağımız əzəmətlə dalğalanır, qürurla öz küləyini erməni işğalçısına tərəf əsdirir və bu külək çox yaxında fıtrınaya çevriləcək!

İndi dünyanın ən aparıcı dövlətlərinin diplomatları və liderləri, vaxtilə ikili standartlardan çıxış edən bir sıra beynəlxalq təşkilatlar rəsmi Bakının işğalçılar üzərinəki qələbəsindən sonra reallığı dərk etməyə başlayıblar. Halbuki rəsmi Bakı uzun illərdir ki, ən yüksək tribunalardan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı kimi çıxış edirdi. Ancaq dövlət başçımız Cənab İlham Əliyev son anda işğal altındakı ərazilərimizin düşmən tapdağından azad edilməsi üçün müharibəni də istisna etmirdi. Bu dəfə isə bıçaq sümüyə dayandı və işğalçı çox sərt, olduqca sarsıdıcı zərbə alaraq dizini yerə qoydu. Bax, bu faktor bizlərin qələbə əzmini daha da artırmış oldu. Bu gün müqəddəs bayrağımız əzəmətlə dalğalanır, qürurla öz küləyini erməni işğalçısına tərəf əsdirir və bu külək çox yaxında fırtınaya çevriləcək, düşmən buna əmin olsun. Düşmən və havadarları əmin olsun və anlasın ki, belə xalq məğlub edilməz!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər