PDF Oxu

Siyasət

  • 120

Millət vəkili: "Azərbaycan heç vaxt işğalla barışmayacaq"AÇIQLAMA

Millət vəkili: "Azərbaycan heç vaxt işğalla barışmayacaq"AÇIQLAMA

"Cənab Prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasında söylədikləri Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara uyğun, ədalətli, qan tökülmədən, asan, sadə və ən düzgün həlli yolunu və Azərbaycan dövlətinin prinsipial mövqeyini göstərir". Bunu SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.Millət vəkilinin sözlərinə görə, münaqişənin həlli üçün ilk növbədə işğal faktı aradan qaldırılmalıdır: "Yəni, təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundan və digər ərazilərindən işğalçı qoşunlar qeyri-şərtsiz, tezlikə və tamamilə çıxarılmalıdır. Belə olmasa, Azərbaycan nəyin bahasına olursa-olsun işğal olunmuş bütün ərazilərini azad edəcək. Bu isə Ermənistana ağır başa gələcək və nəticələri İrəvan üçün fəlakətli olacaq. Ötən illərin təcrübəsi göstərir ki, Ermənistanın təcavüzünün nəticələrini aradan qaldırmaq üçün müəyyən cəhdlər olanda İrəvan daim təxribata əl atıb, konkret məqsədlər üçün atəşəkəsi pozub: yəni, hərbi təcavüz nəticəsində qurulmuş qondarma rejimi danışıqlar masası arxasında oturtmağa və tanıtmağa, Azərbaycan timsalında düşmən obrazı yaradaraq erməni ictimia rəyini daxili problemlərdən yayındırmağa, həmsədrlər tərəfindən ola biləcək mümkün təzyiqlər qarşısında hakimiyyətini qorumağa çalışıb. Lakin bu dəfə Ermənistan rəhbərliyi yanıldı. Azərbaycan ordusu düşmən təxribatına nəinki lazımi cavab verdi, eyni zamanda sarsıdıcı zərbə endirdi, bəzi əraziləri düşmən işğalından azad etdi, Ermənistan rəhbərliyini yerində oturtdu, planlarının heç bir zaman həyata keçirilməsinə imkan verilməyəcəyini göstərdi. Son hadisələr Ermənistana bir qulaqburması oldu. Bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı heç zaman işğalla barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək".

sia.az

Digər xəbərlər