Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda DQİDK-nin sədr müavini Gündüz İsmayılov, YAP GB-nin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, eləcə də DQİDK-nın əməkdaşları, YAP GB-nin üzvləri və KİV nümayəndələri iştirak ediblər.Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Azərbaycan ordusunun şüacətindən, gənclərimizin öz vətənləri üçün göstərdiyi əzmkarlıqdan söhbət açıblar.Tədbir hazırda davam edir.
sia.az