"Ümumiyyətlə ibadət evinin, məscidin bombalanması, təcavüzə məruz qalması Ermənistan dövlətinin xislətini bir daha əyani şəkildə göstərir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov SİA-nın əməkdaşının sualını cavablandırarkən deyib.Onun sözlərinə görə, Azərbaycan tərəfi hələ bir dəfə bunun şahidi olub: "Beləki Şuşadakı, Ağdamdakı məscidlərdə ermənilər nəinki onları dağıtmışdılar, eyni zamanda həmin məscidlərdən başqa məqsədlər üçün istifadə edirdi. Hətta orada mal-qara saxlanılırdı. Bu Ermənistanın erməni xislətini, təcavüzünü bir daha açıq-aydın göstərir. Sonuncu hadisələr zamanı da Ağdamda məscidin bombalanması bir daha onu göstərdi ki, Ermənistanın əslində təcavüzü təkcə Azərbaycan dövlətinə, xalqına, torpaqlarımıza qarşı deyil, eyni zamanda ölkəmizin mənəvi dəyələrinə, ibadət evlərinə qarşı yönəlib.Məscidin təmiri məsələsinə gəlincə isə sədr müavini deyib ki, bu istiqamətdə artıq işlər gedir: "Bu təcavüzün qurbanı olmuş, eyni zamanda sonuncu hadisələr zamanı dağılmış ibadət evlərimizin hamısı bərpa olunacaq və qısa müddətdə isifadəyə veriləcək. Buna qəti şübhə ola bilməz".
sia.az