PDF Oxu

Siyasət

  • 114

“İƏT-in tərkibində Dağlıq Qarabağla bağlı əlaqə qrupu yaradılmalıdır”

“İƏT-in tərkibində Dağlıq Qarabağla bağlı əlaqə qrupu yaradılmalıdır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsini BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) çərçivəsində həll edilməsi istiqamətində qrupun yaradılmasının vacibliyini vurğulayıb. SİA-nın xəbərinə görə, Türkiyənin XİN başçısı bunu İstanbulda İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib. "Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsiz Şurasının qətnamələri əsasında mümkün qədər tez həll edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İslam Əməkdaşlıq Təşkilatının məsələ ilə bağlı təşəbbüslərinə ehtiyac var. Münaqişənin həlli ilə bağlı vacib addım təşkilatın daxilində Dağlıq Qarabağla bağlı əlaqə qrupunun yaradılmasıdır"- deyə, türkiyəli XİN rəhbəri qeyd edib.

sia.az

Digər xəbərlər