PDF Oxu

Siyasət

  • 117

Akif Nağı: “Ermənistan hakimiyyəti çox sarsıldı”AÇIQLAMA

Akif Nağı: “Ermənistan hakimiyyəti çox sarsıldı”AÇIQLAMA

"Ümumiyyətlə Ermənistan dövləti özünün işğalçılıq siyasətindən geri çəkilmək istəmir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, aprelin 4-5-də təmas xəttində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın mövqelərinə çox ağır zərbələr vuruldu: "Hətta deyərdim ki, bu ağır zərbə işğalçı ölkənin imicinə xələ gətirdi. Ermənistan hakimiyyəti çox sarsıldı. Bu gün bizlər sosial şəbəkələri izləyərkən görürük ki, ermənilərin zabitləri, hərbiçiləri etiraz edirlər və şahidi olduqları hadisələri danışırlar. Azərbaycan ordusu çox asanlıqla ermənilərin üzərinə gedirdi. Hərbiçilərimiz çox az zamanda Ermənistanın bütün müdafiə xəttini yardılar və keçdilər. Bu xəbərlər bütün erməni cəmiyyətinə yayılıb".Qurum rəsmisi əlavə edib ki, bu hərbi əməliyyatların başlanmasının təşəbbüskarı da Ermənistan oldu: "Onların niyyətləri başqadır. Dünya birliyi, beynəlxalq təşkilatlar Ermənistanın bu işğalçı hərəkətlərinə nə qədərki sükutla yanaşırlar, himayə edirlər onlar da təbii ki, şirniklənirlər. Yəni bu onların qarşısına qoyduğu məqsəddir. Ona görə də işğalçı ölkənin hərbi əməliyyatlardan, döyüşlərdən imtina etmək fikirləri yoxdur".

sia.az

Digər xəbərlər