PDF Oxu

Siyasət

  • 105

Bədbəxtçiliyin ən yüksək piki və ya bədbəxtlərə real cavab

Bədbəxtçiliyin ən yüksək piki və ya bədbəxtlərə real cavab

Deyəndə ki, bunların işi-gücü "millət", "dövlət" deyib bu milləti və dövləti satmaqdan ibarətdir, bəziləri bu ittihamlara cavab olaraq, başlayırlar bizi qınamağa. Sən demə YAP-ın mövqeyini müdafiə etmək, millətə, dövlətə xidmət edən siyasi təşkilatın yürütdüyü siyasəti əqidəcə, amalca dəstəkləmək "günahıymış". Hətta əllərinə düşsən səni param-parça edib, "İŞİD" "qolovorezləri" kimi başını belə kəsərlər. İnanın ki, belədir! Xüsusilə də, bu fikirlər Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınması bir zamanda, hansısa müxalifətin bu həqiqəti başa düşrək dəstəkləməsini demək, dövlətə "satılması" kimi ifadə olunur. Fəqət, bunun belə olmadığını bu cür düşüncəsizlərdən fərqli olaraq, çoxları bilir. Deyək ki, AMİP, BAXCP, BQP, DİP, Ədalət, "Ümid", ADP, ALP, VİP, VHP, VBP, Vəhdət, "Yurddaş", hətta Müsavat partiyaları son dövrlər normal müxalifətçilik edərək, iqtidarla sivil mübarizə aparmaq yolunu tutublar. Ancaq gəlin görün ki, AXCP belə olan halda hansı mövqeni nümayiş etdirir. Əgər aşırı radikal olmursansa, millət və dövlət maraqlarını satmırsansa, erməniyə işləyən xəyanətkarı müdafiə etmirsənsə, kimlərinsə təlimatları əsasında donoslar yaymırsansa, demək, YAP-ın mövqeyini nümayiş edirsən və YAP-a xidmət göstərirsən?! Məncə, bu dövlətin maraqlarını qoruyan bir partiyaya xidmət göstərmək çox şərəflidir, nəinki erməni dəyirmanına su tökəsən?!

Məsələn, dünənə qədər AXCP sədri Ə.Kərimli və onunla birlikdə olan hansısa tulası, bu gün də belə "suçok"lar var, o cümlədən "Milli Şura"nın koordinasiya mərkəzinin rəhbəri Eldəniz Quliyevi "ziyalı" hesab etdiyini və bununla fəxr duyduğunu yazır. Bir adama (real adama-R.) deyərlər ki, əşşi, a binəva, axı bu "ziyalı" adlandırdığın Eldəniz Quliyev separatçı qurumda çalışan vətən xaini Əlikram Hümbətovun dəstəkçisi olub!!! "Talış-Muğan Respublikası" adlı bir qondarma "respublika" elan edilərkən, onun "himni" səsləndirilərkən, həmin bu "ziyalı" adlandırılan Eldəniz ayağa qalxıb!!! İndi Ə.Kərimlinin tulaları bu "adamı" az qala "milli qəhrəman" elan edərək, "tərifə" mindirməyə çalışmaq istədilər. Bir də nə etsinlər, AXCP-çidir daaa, real SATQIN və XƏYANƏTKARDIR! Bu SATQIN, XƏYANƏTKAR Ə.Kərimlinin ruporuna çevrilən "Azadlıq" mətbuatın maariflədirmə funksiyasını bir kənara qoyaraq, açıq şəkildə siyasi ədavəti qızışdırmaq yolu seçib.

Mən bütün bunları elə-belə yazmıram. Yazıram ona görə ki, bunların hər hansı bir ipiqırıq partiya mənsubları mitinqdə dava salıb, xuliqanlıq edir və həmin an "Azadlıq" qəzeti nə hoqqabazlıqlar var onlardan "ustalıqla" çıxır. Hələ bu harasıdır, AXCP dərhal hakimiyyətdən izahat tələb edir ki, mitinqlərə çıxmaq üçün çağırışlara başlayacaq və s. Əcəbdir, vallah! Əcəbdir, ona görə ki, indi də bunlar bir ipiqırığa görə yürüş keçirmək fikrinə düşsələr və gül kimi sakitliyi, sabitliyi pozmağa cəhd etsələr, kimsə "gözün üstə qaşın var" deməsin. Əcəbdir, vallah!

İndi əziz oxucu, daha nə deyim, gördünüz ki, YAP-a qarşı, dövlətə, millətə qarşı xəyanət etmək çox asan bir işdir bu yazıqlar üçün.

RƏFİQƏ

Digər xəbərlər