PDF Oxu

Siyasət

  • 113

Politoloq: "İƏT Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təsir mexanizmlərini işə sala bilər" AÇIQLAMA

Politoloq: "İƏT Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təsir mexanizmlərini işə sala bilər" AÇIQLAMA

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olduqdan sonra təşkilatın nizamnaməsinə uyğun olaraq onun fəaliyyətində fəal iştirak edir. Təşkilata üzv ölkələrlə bu gün mehriban qonşuluq və əməkdaşlıq münasibətləri yaradılıb". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.O qeyd edib ki, İƏT vaxtaşırı Dağlıq Qarabağ münqişəsini müzakirəyə çıxarır və dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsində öz qəti mövqeyini ortaya qoyub: "Təşkilat Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edib. Təsadüfü deyil ki, Ermənistan rəhbərliyi tez-tez İƏT-in Dağlıq Qarabağ münqişəsi ilə bağlı qəbul etdiyi qərarlara narahatçılığını bildirir və bunu dəyişmək üçün cəhdlər edir. Amma ermənilərin cəhdlərinin hamısı uğursuzluqla nəticələnir".Politloq bildirib ki, İƏT-in XIII Sammitində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün Təmas qrupunun yaradılması təşəbbüsü diqqət çəkən addımdır: "Təmas qrupu Dağlıq Qarabağ münaqişəsinin İslam dünyasında, eyni zamanda bütün dünyada aktuallaşmasını, həmin məsələyə böyük dövlətlərin diqqətinin yönəldilməsini daha da artıra bilər. İƏT, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün özünün təsir mexanizmlərini işə sala bilər. Məsələn, təşkilatın 3 üzvü - Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu gün Ermənistanla diplomatik əlaqələri yoxdur. Bu, Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır. Təşkilata üzv digər dövlətlər də Ermənistana bu və ya digər təsir siyasətinə qoşulsalar, ermənilər bunun ağrısını çox kəskin şəkildə hiss edəcəklər".E.Mirzəbəyli əlavə edib ki, Təmas qrupu haqda İƏT-in XIII Sammitində bu gün dövlət başçıları tərəfindən qərar qəbul olunacaq: "Ümid edirəm ki, bu qərar Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə biləcək".

sia.az

Digər xəbərlər