PDF Oxu

Siyasət

  • 106

Emin Həsənli: “Rusiya münaqişənin həll edilməsinə dəstək verməlidir” AÇIQLAMA

Emin Həsənli: “Rusiya münaqişənin həll edilməsinə dəstək verməlidir” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycan istənilən vaxt öz ərazilərini düşməndən azad etməyə hazırdır". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.Onun sözlərinə görə, Rusiya ilə Azərbaycanın qonşuluq münasibətləri var: "Bu mənada inanmıram ki, Rusiyada yaradılacaq yeni milli qvardiya Dağlıq Qarabağa da tətbiq olunsun. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməyə qadir çox güclü ordusu var. Son dövr əməliyyatlar da bunu sübut etdi. Azərbaycan Rusiya dövləti ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki dövlətin milli maraqlarına uyğundur. Rusiya istənilən qoşun növünü yarada bilər. Bu onun müstəsna işidir. Azərbaycanın isə qanunvericiliyə uyğun tam silahlı birləşmələri var".E.Həsənli əlavə edib ki, Azərbaycanın qonşuları ilə (Ermənistan istisna olmaqla) sıx əməkdaşlığı var: "Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Ermənistan dövləti işğalçıdır və BMT-nin Azərbaycanla bağlı məlum 4 qətnaməsinə əməl etmir. Rusiya bu münaqişənin həll edilməsinə dəstək verməlidir".

sia.az

Digər xəbərlər