PDF Oxu

Siyasət

  • 108

Sabiqlərin məzəsi çox olur

Sabiqlərin məzəsi çox olur

Əyri bir buruna deyil,

Saxta və şikəst ruhlara gülün.

Nikolai Qoqol)

Sabiq deputatlardan bir nəfərin mobil nömrəsi telefonumun kontaktında var. O, deputat seçilmədiyinə görə, mən ondan üz döndərmişəm. Nəyimə lazımdır ki, rəhmətlik Hüseyn Arif demişkən, mənim bir xəstə adamdan, bir də işdən çıxan adamdan zəhləm gedir. İkisi də adamdan pul istəyir. Deməli, 50-60 yaşlı bu sabiq deputat vatsapda da var, Allah-Taala bu adamdan hər şeyi əsirgəyib. Görün vatsapda statusunda nə yazıb: "Kürəyimə o qədər bıçaq vurmusan ki, hamısı məndədir, gəl götür apar, gəlin gedəndə cehiz apararsan...". 4-5 nəvəsi var, bütün el-obasının da ağsaqqalıdır. Açığı, birtəhər oldum, zəng elədim bu sabiq deputat, xeyli səmimi söhbətdən sonra vatsapda yazdığı statusu soruşdum. Zalım oğlunu elə bil trolleybus vurdu, and aman-elədi ki, xəbəri yoxdur. Sən demə, 4 kursda oxuyan nəvəsi yazıb babasının statusunu. Sonra əmin oldum ki, nəvəsi də babasının tayıdır. Sabiqlər bir təhər olur e. Eləsi var ki, bütün dükanları bir-birinə vurub ki, üstündə Nazpəri Dostəliyevanın şəkli olan "karobka" şokolad axtarır. Yolda rastlaşmışıq. Deyir a bala, Nazpəri də olmasa, heç olmasa Sibel Canın şəkli olsun. Fikri 90-cı illərdə qalıb. Camaat cəbhədə döyüşür, bu bambılı da üstündə Nazpərinin şəkli olan şokolad axtarır. Belələri üçün hər gün, hər saniyə atəşkəsdir. Vəzifədə işləyəndə, necə adət edibsə, indi nəvə-nəticələrinə müharibə döyüşlərinə baxmağı da qadağan eləyib, nəinki əsgərliyə getməyi. Eləsi də var ki, hazırda Ginnesin rekordlar kitabına düşmək üçün variant axtarır. Sadəcə, bu adamdan uzaq durun, çox demirəm, 50 manata görə dədəsini satar.

Bizim "Karolina valiant", daha doğrusu, "Karolina variant" çoxunuza bəllidir. Tülkünün yan tərəfinin xəfif tükündən şuba hazırlayıb, hinduşqanın bel sümüyündən də ona düymələr vurur. Timsahın sağ qulağının üst tərəfinin dərisindən qısa qol şubalar qayırırlar, çaqqalın çənəsindən şubanın əlçəklərini hazırlayırlar. Bizlər də alıb xüsusi bəh-bəhlə geyinirik. Bizlər deyəndə, söhbət qadınlardan gedir. Hünərin varsa, Avropada heyvan dərisindən hazırlanmış şuba geyin. O dəqiqə təmiz şubanı tanıyırlar, üstünə yumurta, rəng boyası, palçıq-əllərinə nə keçsə, üstünə atırlar. Düz də edirlər. Yazıq heyvanı diri-diri dəmir aparata keçirib dərisini soyurlar. Heyvan bir neçə saat can verib ölür. Dərisini də təmizləyib tikib satırlar. Özü də guya təmiz heyvan dərisidir. Başqa vaxt heyvanları bəyənmirsiniz. Yeri gəlmişkən, bir məsələni də qeyd edim, ürəyimdə qalmasın. Qonşumuz bankdan kredit götürüb 3000 manata bu şubalardan birini almışdı. Yazıq qadın harda görüb ki, 3-4 dəfə geyinəndən sonra tozunu almaq üçün (guya təzə saxlamaq istəyirmiş) atıb paltaryuyan maşına. Üstünə də 5-6 qaşıq "Ariel". Maşın yuyub-quruladı, çıxardanda, əllərinə şubanın tükləri gəldi, şuba qoyun yununa dönmüşdü və beləcə yazıq ər arvadı üçün düz 1 il 6 ay banka 200 manat kredit ödəməli oldu.

Samir

Digər xəbərlər