Mirsamir Məmmədov: "Əli Kərimli Çexiyada ermənilərə məxsus "PİN" təşkilatı ilə olan əlaqəsinin hesabatını versin"
Bir qrup gəncin AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirməsinə cavab olaraq, növbəti dəfə anti-Azərbaycan fikirlər səsləndirməyə başlayıb. Gənclər Ə.Kərimlinin evinin qarşısında ona görə aksiya keçirdilər ki, AXCP sədri Ə.Kərimli sosial şəbəkələrdə və özünün birbaşa nəzarətində olan, daha dəqiq desək, özünün, faktiki olaraq redaktorluğu ilə qərc olunan qəzetlərdə Azərbaycan Ordusunun son günlər Ermənistan ordusuna qarşı keçirdiyi cavab tədbirlərinə kölgə salmaq, haqlı olduğumuz yerdə bizi haqsız çıxarmaq, ölkə gəncləri arasında vətənpərvərlik ruhunun artmasından əndişələnmək və bu kimi anti-Azərbaycan mövqeli fikirlər səsləndirib, eyni zamanda məqalələr dərc edib. AXCP sədrinin bu addımı haqlı olaraq gənclər arasında geniş etiraza səbəb olub. Bunu başa düşmək belə çətindirmi? İndi də aksiyada iştirak edən gəncləri hədəf seçən Ə.Kərimli onların ünvanına qeyri-əxlaqi fikirlər səsləndirir, onların şəkillərini sosial mediada yayaraq, təhqir etdirir.
Aksiyada iştirak edən gənc fəal Mirsamir Məmmədov AXCP sədrinin təhqirlərinə, hədə-qorxularına cavab verib. O, "SƏS" qəzetinə açıqlamasında AXCP sədrinə sərt şəkildə cavab verərək bildirib ki, Ə.Kərimli rəqib bildiklərinə qarşı tərbiyəsiz və küçə sözləri ilə hücum xəttini seçir: "Milli dəyərlərdən və milli kimlikdən uzaq olan radikal "dəyərlər"i yaymağa çalışan Ə.Kərimlinin əməkdaşlıq etdiyi qüvvələrdən biri ermənipərəst Çexiya təşkilatı PİN (People İn Need)-dir. Bir neçə il öncə Batumidəki olaya diqqət çəkirəm. PİN, əvvəla Dağlıq Qarabağı erməni torpağı kimi qəbul edir. müstəqilliyini tanıyır çünki PİN-in başında dayanan ermənilərdir. PİN rəhbərliyi tez-tez işğalçı Ermənistana gedir, Azərbaycana və xalqımıza kəskin nifrəti ilə tanınır. Məsələ bununla da bitmir. PİN Ermənistanda dövlət və hökumətyönümlü təşkilatlara - QHT-lərə, media qurumlarına Ermənistanın inkişafı və abadlığı üçün dəstək verdiyi halda, Azərbaycanda nə hikmətdirsə, sadəcə Əli Kərimliyə və onunla eyni düşüncədə olan, vətən, millət xainlərinə dəstək verir. Bir daha vurğulayıram. Ə.Kərimli və onunla birlikdə olan cəbhəçilərə hər sahədə dəstək verən erməni təşkilatlarından və ermənipərəst qüvvələrdən biri olan PİN-dir. Bu təşkilat Xocalı aeroportunun rəisi, xalqımızın igid və qeyrətli oğlu, canını Xocalıda insanlarımızı xilas etmək yolunda fəda etmiş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əlif Hacıyevi qatil və terrorçu adlandırır. PİN-lə eyni süfrədə çörək yediyi üçün böyük ehtimalla Əlif Hacıyev və onun kimi qeyrətli insanları, Ə.Kərimli və ətrafında olanlar qatil və terrorçu hesab edir. Milli hisslərdən uzaq olan cəbhəçilər, hansı şərəfdən və əxlaq dərsindən danışırsınız? AXCP və Ə.Kərimli PİN-lə olan əlaqəsinin hesabatını versin xalqa. Ə.Kərimli ölkədə qarışıqlıq, təxribat, çaşqınlıq yaratmaq, ölkəni daxili xaosa sürükləmək, sabitliyi və təhlükəsizliyi pozmaq məqsədilə verilən tapşırıqları həyata keçirir. Ə.Kərimlinin İtaliya "P2" lojasının üzvü olmasından, BND ilə əlaqəsindən, Fransa kəşfiyyat orqanlarıyla əlaqəsindən ölkədə siyasəti az-çox anlayan hər kəsin xəbəri var. Məsələn, 2014-cü il mayın 12-də günorta saat 13:00 radələrində Fransa səfirliyində Fransanın ən ali ordeni olan "Şərəf Legionu" ordenini Fransa xüsusi xidmət orqanlarına və erməni lobbisinə xüsusi xidmət müqabilində almış Leyla Yunusun vasitəçiliyi ilə prezident Fransua Ollandla görüşün mahiyyəti də aydındır. Bir bunlara aydınlıq gətirin, sonra danışmağa üzünüz olsun".
Samir