AXCP və "Milli Şura" dövlət maraqlarını satmaqla məşğuldur
Artıq dəfələrlə sübut olunub ki, AXCP sədri Əli Kərimli, ətrafı və eləcə də onun siyasi kuklası rolunu almış Cəmil Həsənli bir araya gəlib "Milli Şura"nı yaradarkən, bu qurumun əsas maliyyə mənbəyi Rusiyada fəaliyyət göstərən və daim ölkəmizin maraqlarını satan "Milyarderlər İttifaqı" olub. Bu səbəbdən, elə əvvəldən başlayaraq, "Milli Şura"nın əsas sükanının Ə.Kərimlinin əlində olacağı istisna edilmirdi. Çünki o, AXCP sədri olaraq daim milli maraqlarımıza zidd fəaliyyət göstərən xarici qurumlarla əməkdaşlığa gedərək, onların sifarişləri əsasında "siyasət" qurub.
Qaranlıq dairələr bundan narahatlıq keçirməyə başladılar
Xalqımız bunu növbəti dəfə Ə.Kərimlinin Qarabağ cəbhəsində baş vermiş və Azərbaycanın Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş dördgünlük müharibə zamanı sərgilədiyi, eləcə də tez-tez dəyişdiyi mövqelərində gördü. Təbii ki, onun mövqe dəyişkənliyi özünün qəbul etdiyi qərarlar əsasında deyil, xarici ağalarının qərarları əsasında formalaşmışdı. Məsələn, nəticəyə gəlmək mümkündür ki, ölkə başçısı ABŞ səfərindən öncə bir sıra məhbusları, xüsusilə Ə.Kərimlinin iddia etdiyi "siyasi məhbusları" azad etdikdən sonra, eləcə də Amerikadakı uğurlu səfərləri çərçivəsində keçirdiyi görüşlər başa çatar-çatmaz Rusiyadakı müəyyən qaranlıq dairələr bundan narahatlıq keçirməyə başladılar.
Ə.Kərimli dərhal ortaya düşərək, "çatışmazlıqlardan" dəm vurmağa başladı
Onların bu narahatlıqlarını isə Azərbaycanda ifadə edəcək əsas fərd, əlbəttə ki, AXCP sədri Ə.Kərimlidir. Məsələn, bu, özünü cəbhədə ilk atəş səsləri eşidiləndə və Azərbaycan Ordusu Seysulanı azad edəndə Ə.Kərimli dərhal ortaya düşərək, "çatışmazlıqlardan" dəm vurmağa başladı. Ermənistan rəhbərliyinin yalvarışlarından, beynəlxalq aləmə çığır-bağır salmasından sonra atəşkəs elan olunanda isə, "Milli Şura" və AXCP adında danışan Ə.Kərimlinin dövlətə qarşı aqressiyası özünün pik həddinə çatdı. Nəticədə, onun iç üzü növbəti dəfə ifşa olundu.
Bu nəticəsizlik Əli Kərimlinin daha da azğınlaşmasına səbəb olmaqdadır
Lakin bu da son deyildi. Ötən həftədən başlayaraq, gənclərin onun evi önündə etiraz aksiyaları keçirməsindən sonra AXCP sədrinin söyüş qrupu sosial şəbəkədə fəallaşdı və ittihamlara qarşı olmazın həqarətlər yağdırıldı. Ə.Kərimli çətin ana düşən kimi, çox sevdiyi söyüşsöydürmə kampaniyası başladaraq, ədalətli çıxışlar edən tərəfləri bu yolla susdurmağa cəhdlər göstərir. Ancaq onun bu kimi çirkin kampaniyaları heç bir nəticə vermir. Digər tərəfdən, bu nəticəsizlik Ə.Kərimlinin daha da azğınlaşmasına, hətta quduzlaşmasına səbəb olmaqdadır. Lakin bütün bunlara baxmayaraq, xalq kimin kim olduğunu çox yaxşı bilir.
Rövşən NURƏDDİNOĞLU