"Ermənistan dövləti çalışır ki, bütün dünyanı bir-birinə vursun. Ermənistan bütün dünyanın batmağına razıdır təki işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməsin". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə,Ermənistan üçün maraqlar hər şeydən üstündür: "Bunlar kompromisin nə olduğunu başa düşən millət deyillər. Sadəcə olaraq onlar dünya ictimaiyyətini aldadırlar ki, guya onlar sivildirlər, savaddıdırlar. Ermənilər insan kimi formalaşmağı sona kimi çatdıra bilməyiblər. Ona görə də neçə vaxtdır ki, ermənilər təmas xəttində təxribat törədirlər. Bu gün Ermənistan hərbiçiləri kütdülər və intellekti zəif olan adamlardır".Qeyd edək ki, erməni general-leytenantı Vilen Martirosyan Ukraynanın "Obozrevatel" nəşrinə açıqlamasında konflikt zonasındakı son durumu şərh edərkən deyib: "Bu gün Dağlıq Qarabağda müharibə üçüncü Dünya müharibəsi planları quranlara lazımdır. Dünyada çoxsaylı qaynar məntəqələrin yaradılması bu planı reallaşdırmağın tərkib hissəsidir".
sia.az