PDF Oxu

Siyasət

  • 117

Siyavuş Novruzov: "Müvafiq qurumlar qərəzli mətbuat orqanları ilə əlaqədar tədbir görməlidir"

Siyavuş Novruzov: "Müvafiq qurumlar qərəzli mətbuat orqanları ilə əlaqədar tədbir görməlidir"

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclası açan Parlamentin sədri Oqtay Əsədov müzakirələr üçün ilk olaraq İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzova söz verib.Deputat qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan həm daxili, həm də beynəlxalq siyasətin nəticəsində bütün dünya dövlətləri Azəraycana dəstək olurlar: "Dünən keçirilən İslam Əməkdaşlıq Təşkilatının Sammitində də çoxlu ölkələr Azərbaycana dəstək oldu, ərazi bütövlüyümüzü dəstəklədilər. Ermənistanın işğalçı dövlət olmasının vurğulanması, bununla əlaqədar xarici işlər nazirlərindən ibarət komissiyanın yaradılması Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsi, ordumuzun gücünün nümunəsidir".Millət vəkili bildirib ki, bəzi mətbuat oqranlarında Azərbaycanın apardığı siyasət, ölkəmiz, Milli Məclis haqqında xoşa gəlməyən və həqiqətə uyğun olmayan yazılar gedir: "Bu, düşmən dəyirmanına su tökməklə məğul olan qüvvələrin əməlləridir. ABŞ Dövlət Departamenti Azərbaycan haqqında yaxşı sözlər söyləyir. Erməni lobbisinin təsiri nəticəsində isə müəyyən qüvvələr qərəzli fikirlər də bildirirlər. Həmin mətbuat orqanları qərəzli fikirləri başlığa çıxarır. Xaricdə olan ayrı-ayrı QHT-lərin fikirləri həmin dövlətin fikri kimi təqdim edilir. Bunlar hamısı qərəzlidir və ermənilərə xidmət edən insanların əməlləridir. Azərbaycan xalqı aprel hadisələrində həmrəyliyini göstərdi. Milli Məclisin deputatları aktiv şəkildə bu məsələ haqqında danışdılar və hər birinin cəbhədə bir əsgər olması barədə bəyanat verildi. Deputatlarımız şəhidlərimizin dəfnində iştirak etdilər. Üzdəniraq qüvvələr isə bu məsələlərə kölgə salmaq istəyir, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Müvafiq qurumlar qərəzli mətbuat orqanları ilə əlaqədar tədbir görməlidir ki, şər-böhtanla məşğul olmasınlar".Spiker Oqtay Əsədov bildirib ki, ABŞ-ın bir neçə qəzetində Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasəti ilə bağlı yazılar gedir, ancaq qərəzli mətbuat orqanları bu yazıları işıqlandırmırlar: "Bəzi mətbuat orqanları Dağlıq Qarabağ haqqında Ermənistanın yazdığı məlumatları başlığa çıxarırlar. Dövlətimizin işinə kölgə salmaq istəyənlər özləri kölgə altındadır".

sia.az

Digər xəbərlər