Cəbhədə yaranan gərginliklərdə bütün ölkə əhalisinin dini inancından milli mənsubiyyətindən və hətta siyasi düşüncəsindən asılı olmayaraq, hər kəsin düşmənə və işğalçı ölkənin dəstəkçilərinə qarşı birləşdiyi həmrəylik sərgilədiyi bir vaxtda AXCP sədri Əli Kərimlinin təxribat xarakterli bəyanatlar səsləndirməsinin arxasında erməni lobbisi və ona yaxın çevrələr dayanır. Ordumuzun şücaətindən xalqımızın güclü iradəsindən və bilavasitə, Möhtərəm Prezidentin qətiyyətli, prinsipial, güclü və qüdrətli dövlətçilik ideyalarına əsaslanan siyasətindən narahatçılıq keçirərək, Ə.Kərimli kimi şəxsləri ölkədə təxribat və sabotaj xarakterli rəylərin yaranması üçün hərəkətə keçiriblər. Ə.Kərimli hər zaman Azərbaycana qarşı barışmaz və düşmən mövqedə olan qüvvələrlə iş birliyində olub.
Ermənipərəst PİN (People in Need) təşkilatı Əli Kərimlinin himayədarıdır
Xalqımızın vahid düşmənə qarşı səfərbər olduğu bir vaxtda hər kəsin birlik, həmrəylik nümayiş etdirərək vətənpərvərlik və dövlətçilik motivli addımlar atdığı halda hər kəsin qüdrətli ordumuza dəstək olmağa çalışdığı halda, Ə.Kərimli bütün bu meyarların əksinə hərəkət edir və bütün imkanlarıyla partiyasına daxil olan gənclərin ölkədə fikir ayrılıqlarının yaranması üçün dəridən-qabıqdan çıxır. Ə.Kərimlinin atdığı bütün addımlar və səsləndirdiyi bütün fikirlər bu amala xidmət edir.
Siyasi politoloqların sözlərinə görə, Azərbaycana qarşı olan Ə.Kərimli daha çox Çexiyada fəaliyyət göstərən ermənipərəst PİN (People in Need) təşkilatı ilə əlaqə yaradır. Verilən məlumata görə, bu təşkilat erməni lobbisinin təsiri altındadır və təşkilatın rəhbərliyində də ermənilər təmsil olunub. PİN Dağlıq Qarabağı erməni ərazisi kimi tanıyır. Bu təşkilatın rəhbərliyi mütəmadi olaraq, Ermənistana və Yerevana səfər edir. Üstəlik, PİN Ermənistanda dövlətin abadlığına, quruculuq və inkişafına xidmət edən təşkilatlara maliyyə ayırdığı halda, Azərbaycanda ancaq Əli Kərimli və onunla eyni siyasi düşüncədə olan dövlət və ölkə əleyhinə olan şəxslərə maliyyə ayırmaqdadır. Ə.Kərimli isə bütün bunların qarşılığında bölücülük etmək insanlar arasında çaşqınlıq yaratmaqla məşğuldur. Cəbhədə baş verən gərgin anlarda bütün ölkənin vahid düşmənə qarşı mübarizə apardığı halda, Ə.Kərimli insanları bu mübarizədən soyutmağa çalışır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Ə.Kərimlinin erməni lobbisinin maraqlarına xidmət etdiyini bildirib: "Bu adam ilk öncə Qarabağda gedən döyüşlərin doğru olduğunu bəyan etdi. Ölkənin siyasi rəhbərliyində olan şəxslərin xalqa meyilli çıxışlarında "Qarabağda gedən döyüşləri iqtidarlı-müxalifətli, bütün xalq dəstəkləyir" bəyanatından dərhal sonra Ə.Kərimli əks-mövqe sərgiləməyə başladı. Ə.Kərimlinin verdiyi bəyanat dərhal Ermənistan mətbuatının bir nömrəli xəbərinə çevrildi. Bu, təsadüf idimi? Xeyr! Guya Ə.Kərimli bilmirdi ki, onun verdiyi bəyanatları düşmən mediası yaya bilər? Çox yaxşı bilirdi! Özünüz fikirləşin, əgər Ə.Kərimlinin verdiyi bəyanatlar düşmənimiz erməniyə və onun milli maraqlarına xidmət etməsəydi, ermənilər onu öz mediasında yayardımı? Elə bir bu arqument Ə.Kərimlinin ermənilərə xidmət etdiyini başa düşməyə kifayət edir. Uzun illər ərzində öz liderinə, dostlarına və silahdaşlarına xəyanət edən Ə.Kərimli bu dəfə Vətəninə xəyanət etmiş oldu! Bunu ondan hər bir kəs gözləyirdi.
Rəfiqə HÜSEYNOVA