PDF Oxu

Siyasət

  • 113

Ermənistan hakimiyyəti terror yuvası olduğunu sübut edir

Ermənistan hakimiyyəti terror yuvası olduğunu sübut edir

"ASALA", "PKK" kimi terror təşkilatları rəsmi Yerevandan baza kimi istifadə edir

Aprel ayının əvvəllərində Azərbaycan Ordusunun işğalçı və təcavüzkar Ermənistan hakimiyyətini təşvişə salan uğurlu hərbi əməliyyatlarından sonra bir sıra terror təşkilatları dərhal bu ölkədə görünməyə başladılar. Hələ birinci Qarabağ müharibəsi dövründə "ASALA", "PKK" və s. terrorçu şəbəkələrinin Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin tərkibində yer almaları onların ağızlarını yenidən sulandırıb. Məhz məlum aprel uğurlarımızdan sonra bəlli olub ki, "PKK"-nın bir neçə tanınmış terrorçusu, o cümlədən, "ASALA" terror təşkilatının lideri Vazgen Sisliyan Ermənistana gedib və oradan da işğal altındakı torpaqlarımıza müdaxilədə bulunublar. Bu, həmin "ASALA"-dır ki, 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı qanlı terror aksiyaları düzənləyərək, yüzlərlə vətəndaşımızın həyatlarına son qoyub. Əlbəttə ki, bir hakimiyyətin başında terrorçu cinayətkar oturubsa, onun idarə etdiyi ölkənin terror yuvası kimi tanınmasından təəccüblənməyə dəyməz.

Vazgen Sisliyanın videomüraciətindən sonra "PKK" terror şəbəkəsinin bir sıra üzvlərinin Ermənistanda, eləcə də Qarabağın işğal altındakı ərazilərində görünmələri təsadüfi sayıla bilməz

Beləliklə, adı Parisdəki Türkiyə səfirliyinə qarşı terror hücumu etməkdə hallanan Vazgen Sisliyan Azərbaycan Ordusunun qətiyyət və şücaət sərgiləyərək, işğal altındakı bəzi ərazilərimizi, yaşayış məntəqələrimizi azad etməsindən sonra videomüraciət edərək, dünyada yaşayan ermənilərdən Ermənistanın işğalçılığını dəstəkləmək üçün kömək istəyib. O, eyni zamanda, digər terror şəbəkələrini də onlara birləşməyə çağırış edib. Ona görə də "PKK" terror şəbəkəsinin bir sıra üzvlərinin Ermənistanda, eləcə də Qarabağın işğal altındakı ərazilərində görünmələri təsadüfi sayıla bilməz. "ASALA" rəhbəri sözügedən videomüraciətində terror təşkilatının lideri "Arsax"ın (Dağlıq Qarabağın) erməni torpağı olmasını iddia edərək, bütün ermənilərin birləşməli olduğunu deyib.

Bu gün az qala bütün dünyanın terrorla mübarizəyə qalxmasına baxmayaraq, Avropada terror əleyhinə çoxminli etiraz aksiyaları keçirilməsinə rəğmən, Ermənistanın rəsmi mediası "ASALA" liderini erməni gənclərinə təbliğ etdirir, Azərbaycana qarşı terrora səsləyir.

Məqsəd bəllidir - Azərbaycana məxsus Qarabağ bölgəsinin işğalını davam etdirməklə həmin işğalı qonşu dövlətlərin ərazisinə də yönəltmək

Nəticədə, bu amil Ermənistan hakimiyyətinin faşist ideologiyası kontekstindəki niyyətini kifayət edir. Ona görə də təəccüblənməyə dəyməz ki, Xocalı soyqırımında körpələri öldürməklə fəxr etdiyini deyən Ermənistanın indiki prezidenti Serj Sarkisyan öz ətrafına terrorçuları tolpayır. Məqsəd isə bəllidir - Azərbaycana məxsus Qarabağ bölgəsinin işğalını davam etdirməklə həmin işğalı qonşu dövlətlərin ərazisinə də yönəltmək. Yəni ermənilərin əsas məqsədi Azərbaycan ərazisində, habelə İran və Türkiyə torpaqlarının bir hissəsində etnik təmizləmə həyata keçirmək və bu bölgədə "böyük Ermənistan" dövləti yaratmaqdır. Bölgədə heç bir etnik üstünlüyü olmayan bu xalq hələ də məkrli, haqsız iddiaları uğrunda dünyada terrorçu imicini daşımaqdan çəkinmir, Yaxın Şərq regionunda sülhün davamlılığına təhlükə törədir. Ermənistan dövləti və xaricdəki erməni və lobbi təşkilatları beynəlxalq hüququn, ümumbəşəri dəyərlərin prinsiplərinə məhəl qoymayaraq, bu terrorçuları rəsmi səviyyədə dəstəkləyir və onlara hər cür maddi və mənəvi yardım göstərir. SSRİ dağıldıqdan sonra "müstəqillik" qazanmış Ermənistan rəsmi səviyyədə terroru himayə edərək, terrorçuluğu öz təcavüzkar siyasətinin tərkib hissəsinə çevirmişdir. Bu baxımdan, Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", "ASALA", "Erməni briqadası", "Erməni Azadlıq Cəbhəsi" və digər bədnam erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişdir.

Terrorla mübarizə amilində beynəlxalq birlik həmin faktı nəzərə almalıdır- Ermənistan hakimiyyətinin qaniçən liderləri cavabdehlik daşıyırlar

Xüsusulə, qardaş Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar bu gün belə erməni siyasətçilərinin dilindən düşmür və bu istiqamətdə onlar bütün güclərini səfərbər edirlər. Erməni terrorunun əsas qurbanları Azərbaycanın və Türkiyənin dinc əhalisi, dövlət məmurları, diplomatlar və iş adamları olmuşdur. Dünyada qəddarlığı ilə tanınan erməni terroru heç kimə güzəştə getmir,öz mənfur amalları uğrunda insanların toplu halında gəzdiyi və yaşadığı yerlərdə belə partlayışlar həyata keçirir və dinc vətəndaşlara divan tutur. Ona görə də bu gün dünyada "İŞİD", "Ən Nusra" kimi terror təşkilatları ilə yanaşı ermənilərə məxsus "ASALA", eləcə də onlara dəstək göstərən separatçı "Azad Kürdüstan" kimi təşkilatlar sırasındakı "PKK" terror şəbəkələri də təhlükə yaratmağa çalışırlar. Dünya birliyi isə artıq oyanıb və qəti şəkildə dərk etməyə başlayıb ki, terror amilini birdəfəlik yox etmək üçün birgə mübarizəyə ehtiyac var. Xüsusilə, Azərbaycan kimi dünya birliyinin həssas nöqtəsinə sirayət etmək istəyən terrorçu şəbəkələr vaxtında müəyyənləşdirilərək, məhv edilməlidirlər. İlk olaraq isə, bütün bunların səbəbkarından sayılan işğalçı, terrorçu Ermənistan hakimiyyətinin qaniçən liderləri cavabdehlik daşıyırlar. Hər halda terrorla mübarizə amilində beynəlxalq birlik həmin faktı nəzərə almalıdır. Əks halda, gec olacaq…

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər