PDF Oxu

Siyasət

  • 115

"REAL" hərəkatdan partiyaya çevrilə bilmir

"REAL" hərəkatdan partiyaya çevrilə bilmir

Siyasi qurumun tək fəaliyyəti onu çətin vəziyyətə salıb

Respublikaçılar Alternativ Hərəkatı – "REAL" kimi tanınan siyasi qurumun rəhbərliyi uzun müddətdir ki, partiyaya çevriləcəkləri ilə bağlı açıqlama və rəylər versələr də, ortada real heç nə görünməməkdədir. Belə ki, ötən parlament seçkilərindən sonra toparlanmağa çalışan ənənəvi müxalifət müxtəlif adda birliklərdə cəmləşməyə başladılar ki, dağılma proseslərini əngəlləyə bilsinlər. Düzdür, müəyyən mənada, onlar dağılma proseslərinin qarşısını alsalar da, bunun qəti olaraq aradan qaldırılması da inandırıcı görünmür. Çünki istefa dalğası, demək olar ki, bütün müxalifətyönlü siyasi təşkilatlara sirayət edib.

"REAL" bu sıralamaların heç birində yoxdur

Bu gün düşərgədə daha əvvəlki qurumlarından parçalanaraq ayrı şəkildə fəaliyyətə keçid almış bir neçə siyasiləşmiş təşkilatlar mövcuddur. Onlardan ikisi Müsavatın payındadıdr. Biri Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı, digəri isə Tural Abbaslının sədri olduğu "Ağ Blok". Hər iki təşkilat yaxın zamanlarda siyasi partiyaya çevriləcəklərini gizlətmirlər. Ancaq fakt budur ki, Müsavat onlarla birgə kifayət qədər çox, eləcə də tanınmış üzvlərini itirib. Hər iki təşkilat müxalifətdə olan bir neçə partiyaların cəmləşdiyi "Antiböhran Koalisiyası"nda fəaliyyət göstərirlər.

AXCP-nin isə payında Razi Nurullayevin Əli Kərimlinin AXCP-nə alternativ iddiası ilə yaratdığı eyniadlı Xalq Cəbhəsi Partiyasıdır. Bu partiya da "Antiböhran Koalisiyası"nda fəaliyyət göstərir.

Lakin "REAL" bu sıralamaların heç birində yoxdur. Hətta zaman-zaman hərəkatın icraçı katibi Natiq Cəfərli mediaya çıxaraq bildirib ki, "REAL", ümumiyyətlə müxalifətdə fəaliyyət göstərən birliklərdə təmsil olunmaq niyyətində deyil və hərəkatın məqsədi partiyaya çevrilməkdir.

Ancaq onun bu fikirləri ilə hərəkat üzvlərinin bir neçəsi razı deyil.

Narazılar "REAL"-ın müxalifətin digər təşkilatları ilə iş birliyinə getməsini istəyirlər

Əlbəttə ki, Natiq Cəfərli bu fikirləri özü-özündən çıxarmır və hazırda həbsdə olan İlqar Məmmədovun təlimatlarına əsasən, məlum bəyanatlar səsləndirir. Amma bu addımla razılaşmayanlar da var. Onlar fəal müxalifətçiliyi əsas gətirərək, "REAL"-ın müxalifətin digər təşkilatları ilə iş birliyinə getməsini istəyirlər. Nəticədə, yaranan fikir ayrılıqları istefalarla başa çatır. Məsələn, "REAL"-ın qurucularından sayılan iqtisadçı-ekspert Rövşən Ağayev bir ay öncə təşkilatın idarə heyətindən istefa verdi. Hətta Rövşən Ağayevin istefasının təşkilatın nüfuzuna xələl gətirəcəyini əsas gətirən "REAL" rəhbərliyi bunu gizli saxlamağa çalışdı. Lakin bu gizlilik uzun sürmədi. Hələlik, Rövşən Ağayevin partiyada təmsil olunmaq istəmədiyini əsas gətirən "REAL" rəhbərliyi bundan möhkəm dəlil gətirə bilmir. Ancaq istefanın əsas mahiyyəti məhz qurumun düşərgədə tək fəaliyyət göstərməsi, heç bir birliyi qəbul etməməsidir.

Rövşən Ağayev hansı stereotipi dağıdıb?

Bununla bağlı inanılmış mənbə tərəfindən də bildirilib ki, "REAL" hərəkatının rəhbərliyində qeyri-səmimi münasibətlər var. Xüsusilə, İlqar Məmmədovun hərəkatı, bilavasitə idarə etməməsi ciddi fikir ayrılıqlarının yaranmasına səbəb oub. Yəni bir çoxları İlqar Məmmədovun həbsdə olmasına görə, təşkilatda formal olaraq qalıbar. Onlar İlqar Məmmədovun həbsdə qaldığı müddətcə təşkilatdan ayrılmasını mənəvi cəhətdən düzgün saymırlar. Rövşən Ağayev isə daha artıq tab gətirə bilməyərək, bu stereotipi dağıtmağa məcbur olub və digər istefaya getmək istəyənlərə də özü ilə bərabər yol açıb. Hazırda təşkilata rəhbərliyi qeyri-formal olaraq Natiq Cəfərli etsə də, onun aşağı nüfuzu "REAL"-ın uğurlu fəaliyyətinə kifayət qədər əngəllər yaradır. Bu amil isə hərəkatın partiyaya çevrilmə planlarını alt-üst edir.

Rövşən RƏSULOV

Digər xəbərlər