PDF Oxu

Siyasət

  • 85

YAP rəsmisi: “Ermənistan qoşulduğu konvensiyaları kobud şəkildə pozur” AÇIQLAMA

YAP rəsmisi: “Ermənistan qoşulduğu konvensiyaları kobud şəkildə pozur” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistan dövləti beynəlxalq hüquqa məhəl qoymur və onu heçə sayır". BunuSİA-ya Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ermənistanın azərbaycanlı şəhidlərin cənazəsini qaytarmaqdan imtina etməsi məsələsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, işğalçı ölkə BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi məlum 4 qətnaməyə nəinki əməl etmir, eləcə də Avropa Şurasının, Avropa strukturlarının qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyü prinsipinə, beynəlxalq hüquq normalarına hörmətsiz yanaşır. Bununla belə ermənilər tərəfindən qanunsuz olaraq həbs edilmiş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba yurdunu ziyarət edərkən əsir götürülməsi və onlar haqqında qondarma məhkəmə qurularaq cinayət məsuliyyətinə cəlb olunması təxribatçının iç üzünü bir daha ortaya qoyur. Baxmayaraq ki, bu insanlar dinc sakinlərdirlər amma işğalı dövlət onlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını, insan hüquqlarını, qoşulduğu konvensiyaları kobud şəkildə pozur".S.Novruzov əlavə edib ki, müharibə dövründə dinc sakinlərə atəş açılması, fermerlərin təsərrüfatına, həyətlərinə, evlərinə, mülkiyyətlərinə ziyanların vurulması, Dağlıq Qarabağ ərazisindən kənar yəni sərhədyanı bölgələrdə də bu proseslərin davam olunması, eləcə də müxtəlif su mənbələrinə zəhərli, ziyanlı maddələrin axıdılması və s. beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır: "Bununla belə döyüş zamanı əsir düşmüş insanların və yaxud meyidlərin dəyişdirilməsi ilə əlaqədar konvensiyalar var. Amma bu günə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri, Beynəlxalq Qızıl Xaç Cəmiyyəti və s. hamısı bu məsələrə susurlar. Hesab edirəm ki, bu təşkilatlar vadar etməlidir ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etsin".

sia.az

Digər xəbərlər