Ermənistanda təşkilatlandırılan separatçı xəyanətkarlar milli zəmində qarşıdurmalara sövq edilir
Bəlli olduğu kimi, dünyada özünəməxsus tolerantlığı ilə tanınan Azərbaycanda 2016-cı il multikulturalizm ili elan edilib. Belə ki, ölkəmizdə yaşayan ən müxtəlif xalqlar, etnoslar hətta fərqli dini baxışa, inanca malik olan xalqlara münasibətdə heç bir fərq qoyulmasa da, bəzi xarici qüvvələr, xüsusilə Ermənistanın cinayətkar dövlət rəhbərliyinə arxalanan separatçılar növbəti dəfə Azərbaycanda separatizm toxumu səpərək, aranı qarışdırmağa çalışırlar. Xüsusilə, aprel ayının əvvəllərində cəbhədə ordumuzun əldə etdiyi üstünlüklərdən sonra Ermənistanın quldur rəhbərliyi separatçıları Azərbaycana qarşı qısqırtmağa başladıblar. Təbii ki, burada erməni terrorçularını özünə qardaş elan etmiş xəyanətkar və satqın Əlikram Hümbətov bir daha ortaya çıxaraq, Azərbaycan əleyhinə aparılan təbliğatda ilkin yerlərdən birini tutub.
Əlikram Hümbətov unudur ki, o, aşkar şəkildə azərbaycanlıların qanını su yerinə axıdan Ermənistan hakimiyyətinə işləməklə özünü daha pis vəziyyətə qoyur
Məsələn, bir müddətdir internet mediasında və sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də "Talışıstan" adlı televiziyanın fəaliyyəti ilə bağlıdır. İşğalçı Ermənistandan yayımlandığı bildirilən bu televiziyada demək olar ki, gündəlik şəkildə Azərbaycan əleyhinə materiallar yayımlanır, azsaylı xalqları qızışdırmağa yönələn fikirlər səsləndirilir. Regiondakı mürəkkəb geopolitik vəziyyətin fonunda separatizm toxumlarının səpilməsi cəhdinin məqsədli şəkildə həyata keçirildiyi hesab edilir. Eyni zamanda, işğal altındakı Qarabağ ərazilərimizdə "Talış radiosu" fəaliyyət göstərir. Bəllidir ki, Əlikram Hümbətovun rəhbərliyi ilə sosial şəbəkədə də separatçılıq fəaliyyəti davam etdirilir. Belə ki, "facebook"da "Toloşon" qrupu var. Həmin kanal və qrupun fəaliyyətində açıq şəkildə dövlətimiz, millətimiz və dövlətçilik siyasətimiz aşağılanır. İddia edilir ki, guya burada yaşayan etnik azlıqların hüquqları pozulur və s.
Lakin Əlikram Hümbətov unudur ki, o, aşkar şəkildə azərbaycanlıların qanını su yerinə axıdan Ermənistan hakimiyyətinə işləməklə özünü daha pis vəziyyətə qoyur. Xatırladaq ki, bu məşhur satqın, Azərbaycan müstəqilliyinin, milli dövlətçiliyimizin düşməni, talış separatçılarının lideri, erməniləri qardaş adlandıran Əlikram Hümbətov ötən il ermənilərin qondarma soyqırımı günündə dünya ermənilərinin ünvanına başsağlığı müraciətlə çıxış edib. Həmin rüsvayçı və xəyanətkar cümlələrə nə qədər ağır olsa da nəzər salaq. Sitat: "Bu gün, erməni xalqı üçün belə bir gündə, biz talışlar, sizinlə bərabər kədərlənirik. Qoy yaradan sizə daha belə ağır sınaqlar göndərməsin!" (??!!-R.N.).
Əlikram Hümbətovun "sağ əli" adlandırılan Mədoj bu günlərdə erməni hərbçisinin hərbi geyimində "youtube" sosial şəbəkəsinə çıxaraq, erməni xalqına dəstək göstərilməli olduğunu bəyan edib
Bu gün onun yolunu davam edən daha bir separatçı fərd Mədoj ləqəbli Zabil Məhərrəmov adlı xəyanətkardır. Hazırda Rusiyada yaşayan və separatçı fəaliyyəti ilə özünü Əlikram Hümbətovun "sağ əli" (əslində iti) adlandıran Mədoj bu günlərdə erməni hərbçisinin hərbi geyimində "youtube" sosial şəbəkəsinə çıxaraq, erməni xalqına dəstək göstərilməli olduğunu bəyan edib. "Erməni və talış xalqlarının tarixi bağlarından" dəm vuran bu xain sonda o dərəcədə eyforiyaya dalıb ki, Azrbaycan xalqına qarşı "atom bombasının atılmasının vacibliyi" barədə də hürüb. Əslində, biz bu kimi hürmələrin çoxsaylı şahidləri olmuşuq. Vaxtı çatanda onların qarşısı alınıb. Bu baxımdan, Əlikram Hümnbətov da narahat olmasın, o və onun iti-Mədoj ləqəbli Zabil Məhərrəmov çox yaxında layiq olduğu it damına zəncirlənəcək. Dorğu istiqamətə hürmədiklərinə görə…
Rövşən NURƏDDİNOĞLU