PDF Oxu

Siyasət

  • 118

Qohumları Əli Kərimliyə etiraz etdilər

Qohumları Əli Kərimliyə etiraz etdilər

"Əli Kərimlinin anti-dövlət hərəkətləri nəslimizin ünvanına ləkə gətirir"

Məlum olduğu kimi, Əli Kərimlinin anti-dövlət fikirləri, cəbhədə baş verən son hadisələr zamanı onun ermənipərəst mövqe sərgiləyərək Azərbaycan dövlətini ittiham etməsi cəmiyyətdə böyük qınağa səbəb olub. Cəmiyyətdə çaşqınlıq yaratmaq üçün söylədiyi fikirlərə etiraz əlaməti olaraq gənclər dəfələrlə AXCP sədrinin evinin qarşısında aksiya keçiriblər. Bu dəfə isə, AXCP sədrinin qohumları aprelin 16-da onu anti-Azərbaycan mövqeyindən çəkinməyə, bəzi xarici kəşfiyyat orqanları ilə əlbir olub ölkəmiz əleyhinə apardığı işlərə son verməyə çağırıblar. Ə.Kərimlinin qohumları onun evinin qarşısında etiraz aksiyası keçirərək, onu düşmən dəyirmanına su tökməkdə ittiham ediblər.

AXCP sədrinin əmisi oğlanları və digər qohumları onun anti-Azərbaycan fikirlərinə etirazlarını ifadə ediblər. Etirazçılar "Ə.Kərimli, düşmən baltasına sap olma!", "Nəslimizin çörəyi sənə haram olsun!" kimi şüarlar səsləndiriblər. Jurnalistlərə açıqlama verən Ə.Kərimlinin bir neçə qohumu onun əməllərini pisləyib.

Ə.Kərimlinin əmisi oğlu Nuhəli Kərimov mətbuata açıqlamasında bildirdi ki, Ə.Kərimlinin tutduğu satqınlıq mövqeyinə görə bütün qohumlar ondan üz döndərib: "Kərimovlar nəslinin ağsaqqalı kimi Ə.Kərimlinin ermənipərəst siyasətə xidmət etməsinə etiraz edirəm. Onun əməlləri bizi narahat edir. Ə.Kərimlinin hərəkətləri nəslimizin ünvanına ləkə gətirir. Buna görə onun yaxın qohumları evinin qarşısına yığışıb etiraz edir. Ə.Kərimli bu əməllərindən əl çəksin. O, niyə dövlətimizin nailiyyətləri, uğurları, hərbçilərimizin qazandıları qələbələrə ləkə yaxmağa çalışır?! Ə.Kərimli düşmən təsirində olan qüvvələrin yazdıqlarını dəstəkləyir. Ona səslənirik ki, əl çəksin bu siyasətdən. O, nə bilir siyasət nədir?"

AXCP sədrinin digər əmisi oğlu Rəfael Kərimov da Ə.Kərimlini xəyanətkar mövqeyindən əl çəkməyə çağırdı: "Biz istəyirik ki, Ə.Kərimli ermənipərəst qüvvələrin təsiri altında olmasın, Prezidentimizə dəstək olsun. Ə.Kərimlinin maraqları düşmən qüvvələrin maraqları ilə üst-üstə düşməsin.

Ə.Kərimlinin digər əmisi oğlu Ağaverdi Şəmmədov isə bildirdi ki, onun Kərimovlar ailəsinin adından danışmağa haqqı yoxdur, o, bizim adımıza ləkədir: "Biz Prezident İlham Əliyevin daxili və xarici siyasətini, hərbçilərimizin qələbələrini dəstəkləyirik. Biz Prezidentimizin yanındayıq. Ə.Kərimovun Azərbaycana qarşı əməllərini pisləyir və ona etiraz edirik. O, atdığı addımlardan peşman olacaq".

Samir

Digər xəbərlər