PDF Oxu

Siyasət

  • 109

"Milli Şura" ilə Müsavat arasında yeni qalmaqal- Təfərrüat!

"Milli Şura" ilə Müsavat arasında yeni qalmaqal- Təfərrüat!

Rauf Arifoğlu: "Milli Şura"dakılar rəsmən avaraçılıqla məşğudurlar"

Cəmil Həsənli: "R.A." imzası "rəzalətin anatomiyası" kimi tanınır"

Eldəniz Quliyev: "Rauf Arifoğlu qab-qaşıq yuya bilər"

"Milli Şura" ilə Müsavat partiyası arasında yeni münaqişə baş verib. Belə ki, qurumun üzvü Oqtay Gülalıyev "Milli Şura"nın keçirdiyi iclasın fotosunu yayıb və əsl həngamə də elə bundan sonra başlayıb. "Yeni Müsavat" qəzeti O.Gülalıyevin yaydığı şəkli qəzetin manşetinə çıxararaq, bu qurumu lağ obyektinə çevirib. "R.A." imzası ilə "Yeni Müsavat" qəzeti yazılır: "Gülalıyev və Yaqublu ilə işimiz yox. İkisi də yaxşı oğlanlardır. Lakin bəzi qeydlərimiz var! Özlərinə "yeganə" deyənlər, xalqa "Milli Şura"nı iqtidara alternativ kimi göstərənlər, onlara biət etməyənləri satqınçılıqda suçlayanlar rəsmən avaraçılıqla məşğuldurlar. Bu foto həmin avaraçılığın, siyasi iflasın rəsmidir. Sözün bitdiyi yerdir! "Milli Şura"nın obyektivə düşən üzvlərinin qarşılarındakı vərəqlərə baxın! İki nəfərin önündəki kağızlar aydın görünür. Oraya qat-qarışıq yumrular çəkiblər, işarələr qoyublar, qaralayıblar, çizik atıblar. Vərəqlərdə bircə söz də yoxdur! Heç, hərf də yoxdur! Rəqəm qoyulub, qeyd aparılmayıb! Danışıq planı, ya da danışılanlardan qeydlər gözə dəymir. Yeyilmiş tortlar, onların altındakı təkdəfəlik, bulaşıq qablar, qaşıq və stəkanlar elə bir miskin mənzərə yaradır ki... Fotonun sağındakı ağsaqqal da digər həmkarları kimi boşluğa xətlər çəkir - verilmiş fəzada içindəki qırıqlığın rəsmini qeyd edir.Sədr yas yerinə siyahı yazan kənd müəlliminin pozasındadır - xəttinin yaxşı olmasına burada da qeyrət edir. Fərqi yoxdur, nə etsə də, onu müəllim ciddiyyəti müşayiət etməlidir. "Yeganə"nin siyasətçi "bajısı", müxalifətin füsunkar ledisi başını aşağı salıb, zülflərini üzünə töküb, vacibatla - telefonunun ekranına baxmaqla məşğuldur. O biri isə "yeganə+ddin"dir, fotomuzun əsas qəhrəmanıdır. Müxalifəti son 13 ildə parçalayıb bitirən lider! Yalnız o dinləyir, Tofiq Yaqublunu. Ya da özünü dinləyirmiş kimi göstərir və səhnə tamamlanır. Bunlardan bu hakimiyyəti yıxmağı gözləyənlərsə, hələ çox gözləyərlər. Ən azından, daha bir 23 il! Allahın səbr kasası böyükdür. Çünki zamanı çoxdur - hər şey kimi, zaman da ona məxsusdur. Lakin siyasi müxalifət anlayışı həm də zamanla yarışmanı özündə ehtiva edir. Azərbaycanın "yeganə" müxalifəti zamanla yarışdı və bu günə düşdü...".

"Yeni Müsavat"a "Milli Şura"nın da cavabı çox gecikməyib. Qurumun sədri Cəmil Həsənli "Milli Şura"nı gülüş obyektinə çevirən iclası haqqında "Yeni Müsavat"da yazılanlara münasibət bildirib: "Yeni Müsavat" adlı şər şəbəkəsində Tofiq Yaqublunun iflas fotosunu paylaşırlar. Fotonun təsviri "R.A." imzası ilə təqdim edilir. Əməllərinin mükafatını alan bu bədbəxtlər adlarını belə cızma-qaralarının aşağısına qoya bilmirlər. Çünki anlayırlar ki, onların indi nə yazması, ölü və ya diri olmaları heç kimi maraqlandırmır. İctimai fikirdə çoxdan dəfn olunmuş bir ruzinamədə, qəzet yox, məhz ruzinamədə "R.A." imzasını indi artıq çoxları "Rəzalətin anatomiyası" kimi qəbul edir.

"Yeni Müsavat" qəzetində yazılanlara qurumun koordinasiya şurasının üzvü Eldənioz Quliyev də münasibət bildirib: "Mən Rauf Arifoğluna demək istəyirəm ki, mən cızma-qara elədiyim boş xanalar Müsavatın yeridir. Gedib öz saxta fəaliyyəti ilə məşğul olsun, onu hamı tanıyır. Boş qalmış qabları da lazım olsa, gəlib yuya bilər…".

Samir

Digər xəbərlər