PDF Oxu

Siyasət

  • 76

Ermənistan yeni xaos ərəfəsində

Ermənistan yeni xaos ərəfəsində

"Sarkisyan kriminal məmur ordusunun qarşısında acizdir"

Cəbhədə baş verən son hərbi toqquşmalardan sonra Ermənistan cəmiyyətində böyük çaşqınlıq yaranıb. Azərbyacanın hərbi gücü düşmən tərəfində elə bir qorxu yaradıb ki, Yerevanda hökumət əleyhinə hər gün mitinqlər keçirilir. Ermənistanda ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycanın sahib olduğu müasir silahlarla bağldır. Ermənistanda xalq Sarkisyan hökumətinə çətin suallar ünvanlayırlar. Məsələn, Ermənistan ordusunun niyə müasir silahlara malik olmadığı barədə suallara cavab vermək Sarkisyan komandası üçün çətindir. Ölkədə yaradılmış kriminal durum, məmur-vətəndaş münasibətlərinin hər gün silahlı insidentlərlə müşahidə olunması, erməni xalqının bütün sosial təminatlardan məhrum olması, büdcə haqqında cəmiyyətə heç bir informaisyanın verilməməsi Sarkisyan hökumətinin "xidmətləridir". Ermənistan ictimaiyyəti bu qənaətdədir ki, büdcədən ayrılan pullar hərbi məqsədlər üçün effektiv xərclənməyib. Sadə ermənilər düşünürlər ki, müasir silahların alınması məqsədilə məmurlar üçün xidməti avtomobillərin alınması, onların ezamiyyət xərcləri və digər lüzümsuz xərclər azaldılmalıdır. Sarkisyanın çıxışları, gücsüzlüyü erməniləri daha da aqressiv edib. Bir müddət öncə Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Ermənistanın silahlarının 80-ci illərdən qaldığını etiraf etmişdi. Sarkisyan Azərbaycan Ordusunun daha güclü olduğunu etiraf edərək, "Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi" demişdi.

"Harparak": "Bəs niyə hakim partiya üzvlərinin xidməti və şəxsi maşınları 80-ci illərin maşınları deyil?"

Ermənstanda çıxan "Harparak" qəzeti Serj Sarkisyanı və onun komandasını "vurub". Qəzet ölkə rəhbərliyinin müharibə haqqında söylədiyi "bizimki 80-ci illərdən qalma silahlardır, Azərbaycan Ordusunda isə son modern silahlardır" sözlərinə cavab olaraq Sarkisyan və onun məmur komandasının mindiyi bahalı, modern avtomobillərin fotolarını dərc edib. Sual olunub ki, "bəs niyə hakim partiya üzvlərinin xidməti və şəxsi maşınları 80-ci illərin maşınları deyil? Niyə onların maşınlarının hər birinin qiyməti 100-200 min dollardır?" Eyni zamanda, Ermənistanın bir sıra xəbər saytlarında Sarkisyan və ailəsinin Avropda malik olduğu şirkətlər haqqında geniş məqalə dərc olunub. Məqalədə bildirilir ki, Ermənistan bir dövlət kimi mövcud olsa da, faktiki olaraq, heç bir dövlətçilik funksiyasını yerinə yetirə bilmir: "Çünki büdcə gizlədilir, hərbi xərclər minimum həddədir, büdcə Sarkisyan ailəsi tərəfindən talanır, ölkə başdan-ayağa casuslarla doludur. Son hərbi əməliyyatlar göstərdi ki, Azərbaycan Ermənistanı qısa bir müddət ərzində nokauta saldı və bundan sonrakı döyüşlərdə Ermənistanın ayağa qalxa biləcəyi tamamilə sual altındadır. O zaman Sarkisyan xalqdan oğurladığı milyardların bir qismini verə bilərmi? Xeyr, biz bunun şahidi olmayacağıq. Əksinə, o, varidatından istifadə edib iqtidarını saxlamağa, ölkəni yeni bir ağır dönəmə salmağa çalışacaqdır. Heç bir erməniyə Ermənistanda baş verənlər aydın deyil".

"May ayında Ermənistanda çevriliş ola bilər"

Sarkisyanın "biz hakimiyyətdən gedə bilərik" ifadəsi Ermənistanda yeni bir siyasi canlanma yaradıb. Belə ki, bir neçə gün bundan öncə paytaxt Yerevanda baş verən mitinqlər, orada qaldırılan şüarlar, həmçinin yaxın günlərdə böyük bir mitinqin keçiriləcəyi ilə bağlı verilən mesaj Sarkisyanı çıxılmaz duruma salıb. "Hayastannews" qəzeti yazır: "Sarkisyan xalqı sakitləşdirmək üçün özünü yazıq görkəmə salır. O, başa düşür ki, xalq ayağa qalxıb və onu devirmək üzrədir. Biz may ayını Sarkisyan hökumətinin sonu kimi də qeyd edə bilərik". Erməni politoloq Arsen Ter-Petrosyan "Artsaxpress" saytına verdiyi müsahibədə bildirib ki, Sarkisyan bu illər ərzində nağıılar uydururmuş: "Biz Azərbaycanın gücünü bilirdik, bunu yuxarı dairələrə də çatdırırdıq. Ancaq onların başı var-dövlət yığmağa qarışdı. Məncə, son hadisələr Sarkisyan iqtidarının iflasını labüd etdi".

Samir

Digər xəbərlər