PDF Oxu

Siyasət

  • 114

Levon Serjə ağıllı məsləhət verə bilmədi

Levon Serjə ağıllı məsləhət verə bilmədi

Serj Sarkisyanın vaxtilə Robert Koçaryanla birgə devirdiyi sabiq prezident Levon Ter-Petrosyanla iki dəfə görüşündən sonra onun Dağlıq Qarabağa səfər etməsi və işğal altındakı ərazilərimizdə məskunlaşmış ermənilərlə görüşü, ilk növbədə belə bir sual yaratdı: məgər Sarkisyan Qarabağa səfər edəndə, orada nə isə yaxşılığa doğru dəyişirmi? Yaxud onun bu kimi səfərləri separatçı rejimdə respublikasında yaşayan ermənilərə hər hansı bir stimul və ya əhval-ruhiyyə verirmi? Əsla! Çünki son vaxtlarda, xüsusilə aprel ayının əvvəllərindən başlayaraq, mülki əhali oranı kütləvi şəkildə boşaldıb. Hətta Sarkisyanın Ermənistanın xüsusi təyinatlı polis nəfərlərini Qarabağa göndərərək, qaçan əhalinin qarşısını almaq cəhdləri də boşa çıxıb. İşğalçı Ermənistanla separatçı rejim sərhədləri arasında hər addımbaşı blokpostlar qurulub və məqsəd mülki əhalinin həmin əraziləri tərk etməməsinə hesablanıb. Ancaq erməni də bic ermənidir necə deyərlər…

Qarabağ erməniləri Rusiyaya, Gürcüstana və hətta Suriyaya köçürlər

İmkanları olanlar, ümumiyyətlə, yağışdan çıxıb, yağmura düşməməkdən ötrü ya Rusiyaya, ya da digər post-sovet ölkələrinə köç etməkdədirlər. Suriyadan köçən ermənilər isə belə rejimdə yaşamaqdansa, yenidən Suriyadakı od-alovun işinə qayıtmağı daha yaxşı variant hesab edirlər. Görün, işğal olunmuş ərazilərimizdə ermənilərin vəziyyəti nə həddədir!..

Təkcə bir fakta nəzər salaq. Sosial şəbəkələrdə apardığımız araşdırmalardan bəlli olub ki, Qarabağdan qaçan mülki erməni əhalisini əldən buraxmamaq üçün erməni işbazları müxtəlif səhifələr yaradaraq, Rusiyanın cənub bölgələrində, eləcə də Gürcüstanda, xüsusilə, onların "kiçik Ermənistan" adlandırdıqları Samtsxe-Cavaxetiyada ucuz qiymətə, kreditlə evlər təklif edirlər. Dağlıq Qarabağ erməniləri üçün xüsusi endirimlər, güzəştlər irəli sürülür ki, bir az imkanı olanlar dərhal həmin təklifləri müsbət dəyərləndirirlər. Yəni ermənilər heç Ermənistana belə getmək fikrində deyillər.

Hakimiyyətini qoruyub-saxlamaqdan ötrü özünü "erməni xalqının atası" kimi göstərən Serjikə ən yaxşı halda, ağır söyüşlər yağdırılır

Sarkisyanın devirdiyi prezident Ter-Petrosyanla keçirdiyi iki görüşündən sonra Qarabağa etdiyi səfər mülki əhali ilə yanaşı, heç erməni həbrçilərinə də müsbət təsir etməyib. Əyninə hərbi forma geyərək, guya yüksək generaliteti ilə birgə hər an Azərbaycan Ordusuna qarşı hücuma keçəcəyini ucuz aktyorluq şousu ilə yalnız mediada sərgiləyən Serjik orada böyük ruh düşkünlüyünün, sarsılmış əsgər simalarının və mənasızlığın özünü görmüş oldu. Çünki onun özü də yaxşı bilir ki, artıq saatın əqrəbləri onun xeyrinə işləmir. Sadəcə, hakimiyyətini qoruyub-saxlamaqdan ötrü özünü "erməni xalqının atası" kimi göstərir, amma ona "ata" deyən kimdir ki? Ən yaxşı halda, Serjikə ağır söyüşlər yağdırılır: istər mülki əhali, istərsə də sadə erməni əsgərləri tərəfindən…

Beləliklə, Serjik Xankəndinə səfər edib və ona bu məsləhəti Levon verib. Çox yəqin, o, erməni prezidentinə deyib ki, birinci olaraq, ortadan məğlubiyyət əhval-ruhiyyəsini qaldır ki, onsuz da sənə inanmayan, əlindən qan ağlayan, övladlarını sənin hakimiyyət hərisliyinə qurban verən, ac-yalavac, kasıb və düşkün xalq daha da qəzəblənməsin. Bu, baş verərsə (halbuki baş verməkdədir), səni heç bir qüvvə saxlaya bilməyəcək. Təbii ki, Levon Serjikə Rusiyanın, ABŞ-ın və Avropa təşkilatlarının BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsi tələblərini də xatırlatmamış deyil. Amma bunu ağıllı məsləhət kimi qələmə almaq olmur. Çünki o desə də, deməsə də bütün dünya həmin qətnamələr haqqında məlumatlıdır. Ümumiyyətlə götürdükdə isə, Ter-Petrosyanın Sarkisyana ağıllı məsləhət verməsimi düşünmək olmaz.

Levon ona deyib ki, "Serjik, get Qarabağa səfər et ki, bəlkə azərbaycanlılar tələyə düşüb, atəşkəsi pozsunlar

Bu baxımdan, Serjikin işğal altındakı Qarabağ torpaqlarımıza səfəri bir daha sübut etdi ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi, eləcə də onun özü "dron"ların hava zərbələrindən, istiqlal snayperinin lüləsindən çıxan iri kalibirli güllələrdən, artilleriyamızdan, qırıcılarımızdan, tanklarımızdan, şücaətli əsgərlərimizin hayqırtısından kəskin qorxu-hürkü içindədir. O, yaxşı bilir ki, Azərbaycan Ordusu növbəti həmləsini etsə, Xankəndinin düz mərkəzində üçrəngli bayrağımız dalğalanacaq. Ona görə də, Levon ona deyib ki, "Serjik, get Qarabağa səfər et ki, bəlkə azərbaycanlılar tələyə düşüb, atəşkəsi pozsunlar. Sən də yenidən beynəlxalq aləmə car çək ki, mən sülh yaratmaq üçün Qarabağa səfər etdiyim zaman, azərbaycanlılar məni atəşə tutdular".

Yox, Serjik, nə sən ağıllısan, nə də sənə ağıl qoyan, Levon.

Rövşən NURƏDDİNOĞLU

P.S. Qapıbir erməni qonşumuz var idi – Andrey Koçaryan. Qarabağ ermənisiydi. Donuz kababından yeyib, erməni konyakından da içib keflənəndə gəlirdi bizim həyətə və dədəmə deyir ki, "Ara, ay Nuraddin kişi, qaldim sana bir mıslahat vermağa. Amma onun bu "mıslahatlarından" heç özü də baş açmırdı. Necə ki, Levonun Serjikə verdiyi məsləhətlərində bir dənə də olsa ağıllı fikir görünmür.

Digər xəbərlər