PDF Oxu

Siyasət

  • 96

YAP rəsmisindən Əli Kərimliyə TƏRS SİLLƏ

YAP rəsmisindən Əli Kərimliyə TƏRS SİLLƏ

Siyavuş Novruzov: "Görün nə qədər çirkin, nə qədər şərəfsiz, böhtan xarakterli fikirlər səsləndirilir!"

"Ermənistan mətbuatında Əli Kərimliyə istinadən fikirlər dərc olunur. Bu adam həmişə Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su töküb, bu gün də öz missiyasındadır". Sözügedən fikirləriSİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP sədri Əli Kərimliyə yaxın media orqanlarında gənclərin onun evi önündəki etiraz aksiyalarının hakimiyyət tərəfindən təşkil eidlməsinə, bununla da ictimaiyyətin diqqətinin Qarabağdan yayındırmağa cəhd etməsi iddialarına münasibətini bildirərkən deyib.YAP rəsmisi bu iddiaların növbəti iftira olduğunu deyərək bildirib ki, Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyaların birbaşa təşəbbüskarı vətənpərvər gənclərin özləridir: "Burada başqa heç bir məna axtarmaq lazım deyil. Gənclər bəyan edirdi ki, Dağlıq Qarabağ ətrafında gedən proseslərlə əlaqədar xalq, Ali Baş Komandan ilə bir yerdədir və Onun irəli sürdüyü istənilən təşəbüsü ətrafında sıx birləşib".Siyavuş Novruzov bu kimi vasitələrlə AXCP sədrinin xalqımızın birliyinə, dövlətçilik amalı uğrundakı vəhdətinə kölgə salmağa cəhd etdiyini vurğulayıb.Millət vəkili belə bir iddiaların düşmən dairələrə işləməkdən başqa heç nə olmadığını qeyd edib: "Əli Kərimli nəyə görə Azərbaycan xalqının birliyinə kölgə salmaq istiyir? Azərbaycanın birliyini pozmağa cəhd düşmənə işləmək deyilmi?"

"Şəhid qanı üzərində siyasət yürüdürlər"

YAP rəsmisi Əli Kərimliyə yaxın olan və xaricdə anti-Azərbaycan qüvvələri tərəfindən çalışdırılan "Azərbaycan saatı" verlişinə də diqqət çəkərək deyib: "Görün nə qədər çirkin, nə qədər şərəfsiz, böhtan xarakterli fikirlər səsləndirilir! Azərbaycan silahlı qüvvələrinin cəbhədəki şücaətini gah Rusiyanın təxribatı adlandırırdılar, gah da Ermənistan mövqeyindən çıxış etdilər. İnsanlarda olan vətənpərvərlik ruhunu, ordumuzun döyüş qabiliyyətini, müasir silahlandırmanı kənara qoyub erməni lobbisinin sifarişini yerinə yetirirlər. Şəhid qanı üzərində siyasət yürüdürlər. Övladlarını xaricdə gizlədənlər bir neçə nəfərin vasitəsilə bulanıq suda balıq tutmağa çalışırlar".

"Əli Kərimlinin müdafiə edənlər vaxtilə Şuşanı, Xocalını, Qarabağın digər bir sıra ərazilərini ermənilərə satanlardı"

Millət vəkili daha bir ilginc məqama toxunaraq deyib ki, vətənpərvər gənəcərin Əli Kərimlinin evi önündə keçirdikləri kütləvi etiraz aksiyalarından sonra AXCP sədri onun özündən fərqlənməyən bir neçə tərəfdarını evində topladı. Lakin onun evinə toplaşanların hər birinin dövlətçilik maraqlarını satmaqda adları hallanır: "Əli Kərimlinin evinə toplaşanlar, onu AXCP mətbuatında müdafiə edənlər vaxtilə Şuşanı, Xocalını, Qarabağın digər bir sıra ərazilərini ermənilərə satanlardır. İndi onlar yenidən erməniyə işləmək üçün fürsət əldə ediblər. Bu fürsəti onlara Əli Kərimli verib. Əlbəttə ki, düşmən bu ünsürlərə verdiyi tapşırıqüları müqabilində nə isə verəcək. Ona görə də belələrini hətta ölkənin həssas dönəmlərində olsa belə, Vətən, dövlət, xalq kimi əhəmiyyətli faktorlar qəətiyyən maraqlandırmır. Xəyanətkarları, satqınları birləşdirən məqam da məhz budur. Ona görə də bir daha təkrar edirəm, Əli Kərimlini müdafiə edənlər Şuşanı satanlar, Xocalı faciəsinin törədilməsində əlləri olanlardır".

"Arif Yunusun qardaşı Ramis Yunus Azərbaycan xalqına qarşı ikrahını bildirdiyinə görə səfir titulundan məhrum olunan bir şəxs kimi bu insanı müdafiə edir"

Siyavuş Novruzov Əli Kərimlinin müdafiəsinə qalxaraq, erməni dəyirmanına su tökən Ramis Yunus haqqında da fikir bildirib: "Erməni mənşəyinə görə burdan qaçan, hazırda ABŞ-da məskunlaşan, mütəmadi Ermənistana yardım göstərən Arif Yunusun qardaşı - Ramis Yunus Azərbaycan xalqına qarşı ikrahını bildirdiyinə görə, səfir titulundan məhrum olunan bir şəxs kimi bu insanı müdafiə edir. Yəni təkcə mövcud mənzərəyə nəzər yetirəndə bəlli olur ki, Əli kərimli hansı dinə-məzhəbə, hansı dövlətə xidmət edir".Hakim partiyanın rəsmisi hər kəsin sərəbəst toplaşmaq hüququnun olduğunu deyərək, AXCP-nin vətənpərvər gənəclərin aksiyalarına qarşılıq olaraq, dövlət strukturları, hakim partiyanın qərargahı qarşısında cavab aksiyalar keçirməsi anonsları vermələrinin və bu cəhdlərinin fiaskoya uğrayacağını bildirib: "AXCP-nin hansısa aksiya keçirməyə sosial bazası, elektoratı yoxdur. Bu, sadəcə ictimai-siyasi sabitliyi pozmağa hesablanıb. Sual olunur ki, nəyə əsasən dövlət strukturunun qarşısında aksiya keçirirsən? Təbii ki, sərbəst toplaşmaq haqqında qanun var və qanunun tələbinə uyğun olaraq istənilən təşkilat belə aksiyalar keçirə bilər. Amma onun bir əsası olmalıdır. Əvvəlcədən fikrini bəyan etməlidir ki, nəyə əsasən aksiya keçirirəm. Lakin göründüyü kimi, biz novbəti dəfə Əli Kərimlinin arqumentsizliyinin şahidi olmaqdayıq".

sia.az

Digər xəbərlər