PDF Oxu

Siyasət

  • 112

Niyə məhz Ə.Kərimli?

Niyə məhz Ə.Kərimli?

Əli Kərimli - onun yaxın siyasi tariximizdəki müxalifətdaxili separatçılığı və xəyanətləri yenə siyasi gündəmin mövzusudur. Son 20 ildə müxalif düşərgədəki siyasi durumdan asılı olmayaraq, Ə.Kərimlinin mənfi reputasiyası zaman-zaman gündəmə gəlib. Bu şəxsin adı müxalif düşərgədən hakimiyyətlə gizli danışıqlara girən ilk siyasətçidən tutmuş, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin zəhərlənməsinə qədər ən vacib hadisələrdə hallanıb. Maraq doğuran məsələ odur ki, niyə məhz Ə.Kərimlinin adı hallanır? Niyə digərləri yox, məhz Ə.Kərimli suçlanır..? Axı, müxalif düşərgənin siyasi komandasında Müsavatın sabiq başqanı İsa Qəmbər, KXCP-nin sədri Mirmahmud Mirəlioğlu, BAXCP sədri Qüdrət Həsənquliyev, sabiq cəbhəçi Əli Məsimli, BQP sədri Fazil Mustafa, DİP sədri Asim Mollazadə, MDHP sədri Fərəc Quliyev, İbrahim İbrahimli və daha hansı şəxslər olmayıb..? Nə üçün təkcə Ə.Kərimlinin adı mənfi hadisələrlə bağlı hallanır? Niyə, İ.Qəmbərin, M.Mirəlioğlu, P.Hüseyn, yaxud Ə.Məsimli deyil, məhz Ə.Kərimli..? Söhbət təkcə Ə.Elçibəyin zəhərlənməsindən getmir, digər bulanıq, çirkli məsələlərdə də, məhz Ə.Kərimlinin adı həmişə öndə olur. Bunun səbəbi nədir? Əlbəttə, Ə.Kərimlinin tərəfdarları o dəqiqə deyəcəklər ki, AXCP sədri daha nüfuzlu, daha yüksək reytinqli olduğu üçün guya iqtidar onu hədəf seçib? Bu arqument isə heç də tənqidə davamlı deyil. Məgər Ə.Kərimli İ.Qəmbərdən və digərlərindən nüfuzludur, populyardır..? Qətiyyən! Bəlkə Ə.Kərimli öz tərəfdarlarının dediyi kimi, guya daha ciddi rəqibdir, bəlkə geniş sosial bazası var..? Bu variant da ağlabatan deyil. Çünki 2003-cü ilin prezident seçkilərində Ə.Kərimlinin dəstək verdiyi AMİP çox aşağı göstərici ortaya qoydu. Deməli, Kərimlinin tərəfdarlarının dedikləri həqiqətə uyğun deyil. Ona görə də Ə.Kərimlinin suçlanmasının əsas səbəbini məhz özündə axtarmaq lazımdır. Yəni barəsində deyilən bütün mənfi rəyləri Ə.Kərimov özü qazanıb. Ə.Kərimli AXCP-ni xərcləyə-xərcləyə axırına çıxıb, kiçik bir qrup saxlayıb. Bu isə bacarıqlı, nüfuzlu siyasətçi olmaqla bir araya sığmır. Ə.Kərimli onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun liderliyini qəbul etməyənlərə "satqın" damğası vurmağa vərdiş edib. Bir vaxtlar mətbuatda Ə.Kərimliyə ünvanlanan "Bu imkanlar hardandır?" sualına adətən, "dostlarım kömək edir" məzmunlu cavab verirdi. Maraqlıdır, başda Elçibəy olmaqla, bütövlükdə Xalq Cəbhəsi və onun üzvlərinin əksəriyyətinin ehtiyaclar içərisində olduğu uzun illərdə Kərimlini Elçibəyə qarşı yazarlar dəstəsi, qəzetlər, təşkilatlar saxlamağa, uzun illər AXC - AXCP-ni zəiflədərək aradan çıxarmağa maddi dəstək verən, yüksək səviyyəli mənzillərlə, cangüdənlərlə, avtomobillərlə, ən məşhur yerlərdə istirahətlə təmin edən bu "dostlar" kimlər idi? Bu gün Ə.Kərimlinin ətrafında "gerçək müxalifçilik" libasına bürünənlərlə dünənki münasibətlərə yenidən nəzər salmaq maraqlı olardı.

AXCP və Ə.Kərimlinin əsas təbliğatçılarından biri olan İbrahim İbrahimlini onun ilk qurbanlarından saymaq olar. İbrahimli qəfildən təşkilatı tərk etdi və onun postunu Ə.Kərimli tutdu. İbrahimlinin AXC-dən getməsi haqda "Ümid" sədri İqbal Ağazadə danışmışdı: "1993-cü ildə ünlü bir müxalifət liderini elə bu gün ünlü deyilən bir müxalifət lideri şantaj etmişdi - bir kasetlə, onun şəxsi həyatı ilə. Biri qadın olmaqla, iki nəfərin səsi yazılmışdı və onunla şantaj olunmuşdu. Bu faciədir. Siyasətdə bu cür çirkin oyun qaydasını o, tətbiq edib. O zaman şantaj olunan adam təşkilatdan çıxıb getmişdi sonda".

Son illərin tarixi Ə.Kərimlinin dəfələrlə tək dostlarını deyil, öz simasını da dəyişməsinin şahidi olub və hər dəfə Ə.Kərimlinin əlavə canfəşanlığı onu daha da dərin uçuruma doğru aparır. Öz liderinə xəyanət etmiş şəxsdən cəmiyyətin müsbət nəsə gözləməsi lətifədən başqa bir şey deyil.

RƏFİQƏ

Digər xəbərlər