PDF Oxu

Siyasət

  • 88

Milli satqınlarımızdan bir neçə söz...

Milli satqınlarımızdan bir neçə söz...

Həftənin 3-cü günü ən zəhləm getdiyi gündür. Yaxşı xəbərləri az olub bu günün. Astroloqlar deyirlər ki, tarixdə böyük xəyanətlərin çoxu da, məhz 3-cü gün edilib. Guya psiloxoji məsələdir. Necə deyərlər, bu gündə satqınları yad etmək pis olmazdı. Əliheydər adında bir sinif yoldaşım var idi. Tarix müəllimimiz hər dəfə ondan dərs tələb edəndə, "ədə, satqın, qalx ayağa, dərsini danış" deyirdi. Uzun müddət heç kim anlamadı ki, müəllim Əliheydərə nə üçün satqın deyir. Zarafat da eləmirdi, bu sözü deyəndə, gözlərini sinif otağında asılmış Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin fotusuna zilləyirdi. Çox sonralar başa düşdük ki, müəllim bu yazıq uşağa 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinə, xalqımıza xəyanət etmiş, XI qırmızı ordunu ölkəmizə dəvət edən adamlardan biri - Əliheydər Qarayevə görə satqın deyirmiş. Yazıq uşaq neyləsin ki, atası adını Əliheydər qoyub. Məgər bu adı daşıyan hər adam satqındırmı? Nə isə, müəllimi də başa düşmək olar. Zalım balası, təpədən-dırnağa qədər millətçi idi.

Son zəng günü bu müəllim bizləri bir otağ yığdı, azularını çatdırdı və sonda sağ əlinin çeçələ barmağı ilə Əliheydəri yanına çağırıb dedi: "Bilirsən, adından zəhləm gedir, niyəsini də artıq bilirsiniz. Çalış, sən xəyanətkar olma..". Bilmirəm, nədir, nə kəramətdir, amma and olsun ki, düz deyirəm. Üstündən 3-4 il keçəndən sonra eşitdik ki, Əliheydər əsgər yoldaşının silahı ilə öz ayağından vurub. Camaatın balasını da zibilə salıb özünü də. Müəllimimizin Ə.Qarayevlə bağlı bizlərə danışdıqları hələ də yadımdadır. Məsələn, Ə.Qarayev Qarabağın ermənilərə verilməsinin tərəfdarı imiş. Deyirmiş ki, təcili olaraq Qarabağ ermənilərə verilməlidir. Bu adam XI qırmızı ordunu Azərbaycanı işğal etməyə çağıran adamlardan biridir. Ə.Qarayev çox dirəşib ki, Qarabağ ermənilərə verilməlidir. Nəriman Nərimanovun ona cavabı da tarixə düşüb: "Əliheydər, Qarabağ sənin ... deyil ki, hər qabağına çıxana verəsən...". Bundan gözəl cavab ola bilməzdi.

Gözünüz aydın olsun, Leyla və Arif Yunuslar da Hollandiyaya "müalicəyə" gediblər. Ər-arvad ölkədən çıxanda, bəy-gəlin kimi bəzəniblər, amma təyyardən Avropaya enəndə, Yevlax dilənçiləri kimi düşüblər. Leylanın başında yaylıq, alnı sarıqlı. Arif də "pol taxtası" (döşəmə silmək üçün) fason bir əsanı əlinə götürüb axsıya-axsıya "Tülkü həccə gedir" multfilminin qəhrəmanını xatırladır. Nə isə, bu, bir yana. Sən öl, təəccübdən gözlərim bərəlib. Qarabağda o boyda müharibə oldu, ABŞ dinmədi, ölkələrdə terror olur, ABŞ susur, dünyanın başına gəlməyən şey yoxdur, ABŞ yenə də danışmır. Amma Leyla Yunusun Avropaya getməyinə icazə verildiyini eşidən ABŞ yerindək dik atıldı, sanki tok vurdu bu dövləti və Dövlət Departamenti dərhal bəyanat verdi: "Biz qəti surətdə əminik ki, bu, Azərbaycanın, həmçinin Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün çox şey verəcək". Deyirəm, bu dünya niyə dağılmır? Guya bizim ikitərəfli əlaqələrimiz Yunuslara görə, daha sürətli şəkildə inkişaf edəcək. Evin yıxılsın, a mərdimazar.

Samir

Digər xəbərlər