PDF Oxu

Siyasət

  • 102

Yalçın Topçu: “Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir”

Yalçın Topçu: “Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir”

"Erməni silahlı qüvvələri qeyd-şərtsiz şəkildə Azərbaycan torpaqlarını tərk etməlidir". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin Baş müşaviri Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyində olarkən deyib. 4 günlük mübarizə zamanı Ermənistanın təxribatlarına layiqli cavab verərkən şəhid olan Azərbaycan hərbçilərinin ailələrinə başsağlığı verən Baş müşavir bildirib ki, Azərbaycan və Türkiyədə yaşayanlar çiyin-çiyinə vermiş əkiz qardaşlardır: "Bir qardaşın əlinə tikan batsa, digər qardaş dərhal hiss edər. Azərbaycanda nəsə olanda biz dərhal onu hiss edirik. Eyni şəkildə bizə nəsə olduqda azərbaycanlı qardaşlarımız ürəklərində bunu hiss edirlər. Bunun ən gözəl nümunəsini Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə etdiyi son səfərində gördük. Hər iki dövlət başçısının dostcasına qucaqlaşması dosta və düşmənə yönələn önəmli bir mesaj idi".O qeyd edib ki, Türk dünyasının dildə və fikirdə bir olması, İslam dünyasına təhlükəsizlik, azadlıq və rifah gətirəcək.

sia.az

Digər xəbərlər