PDF Oxu

Siyasət

  • 122

Hikmət Babaoğlu: “Forum Azərbaycan üçün əhəmiyyətlidir” AÇIQLAMA

Hikmət Babaoğlu: “Forum Azərbaycan üçün əhəmiyyətlidir” AÇIQLAMA

"Aprelin 25-də Azərbaycanda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Forum Azərbaycanın müasir mərhələdə, beynəlxalq münasibətlər sistemində yeri və rolu baxımından olduqca əhəmiyyətlidir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, inklüziv cəmiyyət o cəmiyyətlərə deyilir ki, burada cəmiyyətin bütün maddi və mənəvi sərvətləri cəmiyyətin bütün üzvləri üçün əlçatan, eləcə də paylaşılan olur: "Bu mənada məhz belə bir əhəmiyyətli məsələ ilə bağlı Azərbaycanın məkan seçilməsi, 50-dən çox yüksək rütbəli dövlət xadimlərinin Azərbaycana dəvət olunması və bu tədbirin ölkəmizdə keçirilməsi hesab edirik ki, Azərbaycanda tolerant, multikultural bir cəmiyyətin mövcud olmasını təsdiq edən hadisədir. Gözlənilən qonaqlar içərisində BMT-nin baş katibi Pan Gi Munun da Azərbaycana səfəri planlaşdırılır. Azərbaycan elə məkandır ki, burada cəmiyyətin bütün sərvətləri cəmiyyət üzvləri üçün əlçatan, bölüşdürüləndir. Hesab edirik ki, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunduğundan bu il üçün Forumun keçirilməsi həm xarakterikdir, həm də Azərbaycan nümunəsinin qlobal formatda dünya ictimaiyyətinə çatdırılmasıdır".

sia.az

Digər xəbərlər