"Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bizim istəyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasıdır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, əgər qarşı tərəf yenə sülh danışıqlarından yayınmaq istəsə təbii ki, ordumuzun gücünə arxayınıq və qısa bir zamanda apardığımız qismən müharibədə hamı bunu gördü. Bu işdə ATƏT-in münaqişənin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar həmsədrlərin fəallaşdığını da görürük. Amma bu məsələnin düyün nöqtəsi Rusiyanın əlindədir. Çünki Ermənistan tam müstəqil ölkə deyil. Ermənistanın nəfəs borusu Rusiyanın əlindədir. Rusiya da Azərbaycan kimi partnyorunu özündən uzaqlaşdırmaq istəmir. Azərbaycan-Rusiya birbaşa uzun sərhəd birləşdirməklə yanaşı Rusiyanın beynəlxalq maraqlarının qorunmasında ölkəmizin rolu böyükdür. Çünki, Azərbaycan bu gün beynəlxalq arenada sözə və hörmətə sahib vacib aktordur.Düşünürəm ki, Rusiya mövcud vəziyyəti çox yaxşı anlayır və prezident Vladimir Putin məsələnin sülh yolu ilə həllində mühüm rol oynayacaq. İrəliləyişlər isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli şəkildə torpaqlarımızın işğaldan azad olunmasıdır. Bunun ayrı yolu yoxdur və qarşı tərəf də bunu nəhayət ki, başa düşüb. Həm də razılaşmalar başlarına gələcəkləri də 4 günlük müharibədə görüb".
sia.az