PDF Oxu

Siyasət

  • 160

Politoloq: “Ermənilər qandan çox qorxurlar” AÇIQLAMA

Politoloq: “Ermənilər qandan çox qorxurlar” AÇIQLAMA

"Hələ alman filosofu, siyasətçisi Karl Marks deyirdi ki, ermənilərin ən böyük silahı kravatları qabağa verməkdir. Sözün həqiqi mənasında da ermənilər bundan istifadə ediblər. Onlar bu gün də həmin siyasəti davam etdirirlər". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev Ermənistanda fərrariliyin baş alması və erməni qızlarının orduya cəlb olunmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, ermənilər bir etnik tayfa kimi çox qorxaqdır: "Onlar qandan çox qorxurlar. Aprelin əvvəlindəki 4 günlük Azərbaycan ordusunun uğurlu əməliyyatı bir daha göstərdi ki, ermənilər orduya ancaq qocaları yığmışdı. Ümumiyyətlə onlar Dağlıq Qarabağda hay-küy salırlar ki, guya 100 min adam var. Amma bu gün orada heç 50 min adam yoxdur. Çünki işğalçı ölkənin təbliğatı artıq iflasa uğrayıb. Azərbaycan ordusunun uğurlu əməliyyatından sonra ordumuz Seyran Ohanyanın qeyri-adi müdafiə xəttini darmadağın etdi. Bunlar həm siyasi, ideoloji, həm də mənəvi, hərbi məğlubiyyətə uğradılar. Ona görə də onlar hər şeydən istifadə etməyə çalışırlar ki, bir növ gəncləri orduya cəlb etsin.Amma artıq qatar gedib. Rusiya isə ona görə əl-ayağa düşüb ki, Azərbaycanın uğurlarına kölgə salsın. Lakin bu, alınmayacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi düzgün mövqedir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa lazımi status veriləcək".

sia.az

Digər xəbərlər