PDF Oxu

Siyasət

  • 103

"HEYDƏR ƏLİYEV - 93"

"HEYDƏR ƏLİYEV - 93"

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı bu deviz altında tədbirlərə start verdi

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və Yevlax şəhər mədəniyyət və turizm şöbəsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı elmi-praktik konfrans keçirilib.

Tədbiri YAP Yevlax rayon təşkilatı mədəniyyət məhəlli ilk partiya təşkilatının sədri Seymur Novruzov açaraq konfransın məqsədi haqqında ətraflı məlumat verib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış keçirilib.

Rayon mədəniyyət və turizm idarəsinin müavini Rafiq Məmmədov "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda məruzə edib. Konfransda partiya fəallarından Eldəniz Mustafasyev, Şahin Qarayev, Aidə Nəbiyeva və başqaları Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq xalq-Lider məhəbbətinin vəhdətindən yaranan suveren müstəqil Azərbaycanın uğurlarını diqqətə çatdırıblar.

YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür.

Sonda partiya sıralarına yeni qoşulmuş bir qurup gənc mədəniyyət işçilərinə partiya üzvülük vəsiqələri təqdim edilib.

R.KAMALQIZI

Digər xəbərlər