PDF Oxu

Siyasət

  • 103

Leyla Əliyeva: "Çalışmalıyıq ki, heç bir uşaq acından ölməsin"

Leyla Əliyeva: "Çalışmalıyıq ki, heç bir uşaq acından ölməsin"

"Mən sizi Azərbaycanda salamlayıram. Bu cür savadlı və təhsilli insanları öz ölkəmdə görməyə şadam. Azərbaycan zəngin ənənələrə malik dövlətdir. Azərbaycan tolerant və dialoqa açıq bir məmləkətdir. Ölkəmiz biomüxtəlifliyə malikdir. Siz Azərbaycanda olduğunuz zaman bu ölkəni sevəcəksiniz". SİA-nın məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.Vitse-prezidentin sözlərinə görə, hamımız çalışmalıyıq ki, aclıqdan heç bir uşaq ölməsin: "Qida tolerantlıq, birgə anlaşma üçün çox vacibdir. Biz yaşıl, təhlükəsiz cəmiyyəti yaratmağı qarşımıza məqsəd qoymuşuq. 5 milyondan çox ağac əkmişik və ağacların kəsilməsinin qarşısını almışıq. Nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmağa çalışmışıq. Çalışmışıq ki, bu fəaliyyətlər üzücü və darıxdırıcı olmasın. Eləcə də nəsli kəsilməkdə olan heyvanların qorunmasına çalışmışıq. Bizim gələcək fəaliyyətlərimiz Azərbaycanın inkişafına yönəlib. Çağdaş cəmiyyət böyük sınaqlar ərəfəsindədir. Hər saat insanlar tərəfindən minlərlə köpək balıqları öldürülür".

sia.az

Digər xəbərlər