PDF Oxu

Siyasət

  • 93

Politoloq: "Azərbaycan Sarkisyanı kapitulyasiya etməyə məcbur edəcək" AÇIQLAMA

Politoloq: "Azərbaycan Sarkisyanı kapitulyasiya etməyə məcbur edəcək" AÇIQLAMA

"Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan imtina edirsə, başından güclü zərbə alacaq. Azərbaycan öz torpaqlarını istənilən zaman müharibə yolu ilə ala bilər. Müdafiə nazirimiz də bəyan edib ki, hər an müharibəyə hazırıq". Bunu SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.O qeyd edib ki, Sarkisyanın danışıqların hazırda irəli sürülən şərtlərlə aparılmasından imtina etməsi hakimiyyətini itirmək qorxusundan irəli gəlir: "Sakisyan Dağlıq Qarabağ kartı üzərində üzərində hakimiyyətə gəlib. Qorxur ki, sabah xalqı ondan soruşacaq ki, torpaqları qaytaracaqdınsa, niyə bu qədər insanı qırğına verdin? O çalışır ki, öz cinayətlərini gizlətsin. Fasilə yaradaraq münaqişəni uzatmaq istəyir. Bu isə xilas yolu deyil. Azərbaycan növbəti zərbələrlə Sarkisyanı kapitulyasiya etməyə məcbur edəcək. Onun başqa yolu yoxdur".

sia.az

Digər xəbərlər