PDF Oxu

Siyasət

  • 99

Sabiq baş nazir: "Gəlin vahid şəkildə sülhü təbliğ edək"

Sabiq baş nazir: "Gəlin vahid şəkildə sülhü təbliğ edək"

"Mən Foruma ev sahibliyi etdiyinə görə, Azərbaycana minnətdarlığımı bildirirəm. 2005-ci ildə BMT çərçivəsində Sivilizasiyalararası Alyansın (SA) yaradılmasını təklif etmişdim. Bizim qarşımızda olan rol dialoqu təşviq etməkdir". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin 7-ci qlobal Forumunda çıxışı zamanı İspaniyanın keçmiş baş naziri, Prezident Jose Luis Rodriguez Zapateron deyib.Sabiq baş nazirin sözlərinə görə, Sivilizasiyalararası Alyans öz növbəsində dini mədəniyyət əsasında formalaşır: "Biz müxtəlif mədəniyyətlər, dinlər üçün BMT çətiri altında birləşməliyik. SA özü bir proqram olaraq məqsədləri, hədəfləri müəyyənləşdirir. Bütün beynəlxalq təşkilatlara üz tutaraq onları davamlı inkişafa nail olmağa çağırıram. Gəlin vahid şəkildə sülhü təbliğ edək. Biz bilirik ki, dinlər hamısı sülhün naminə çağırış edir. Bu alyansı təbrik edirəm. Hər şey hörmətdən başlayır".

sia.az

Digər xəbərlər