PDF Oxu

Siyasət

  • 89

Sabiq nazir: "BMT-də islahatlar aparılmalıdır"

Sabiq nazir: "BMT-də islahatlar aparılmalıdır"

"Biz əvvəllər də Bakıda olmuşuq. Əvvəlki illərə nisbətən bu gün Azərbaycanın necə inkişaf etdiyini gördük. Amma Ermənistanda vəziyyət acınacaqlıdır". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin 7-ci Qlobal Forumunda çıxışı zamanı Türkiyənin Avropa Birliyi üzrə sabiq naziri Egemen Bağış "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda çıxışı zamanı deyib.Onun sözlərinə görə, rəsmi İrəvanın əhalisi getdikcə azalmağa doğru gedir: "Onlar Parisdə, Bostonda çox gözəl həyat sürürlər. Hesab edirəm ki, Azərbaycan və Ermənistan tərəfi Dağlıq Qarabağ məsələsinə yenidən baxmalıdır. Biz bu məsələləri qlobal şəkildə həll etməliyik. BMT-də islahatlar getməlidir. Qurum öz üzərinə düşən məsuliyyəti dərk etmir və buna soyuqcasına yanaşır".

sia.az

Digər xəbərlər