PDF Oxu

Siyasət

  • 86

Bəhruz Quliyev: “Forum bizə yeni-yeni tərəfdaşlar qazandıracaq" MÜNASİBƏT

Bəhruz Quliyev: “Forum bizə yeni-yeni tərəfdaşlar qazandıracaq" MÜNASİBƏT

"Bildiyimiz kimi, Bakı artıq ənənə şəklini almış növbəti beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu ölkəmizin paytaxtımızda keçirilməsi isə sübut edir ki, Azərbaycan həqiqətən də Şərqlə Qərbin birləşdiyi, vəhdətə gəldiyi bir dünya mərkəzinə çevrilib". Bu fikirləri SİA-ya "SƏS" qəzetinin baş redakatoru Bəhruz Quliyev sözügedən tədbirin əhəmiyyətinə münasibətini bildirərkən deyib.

Hələ 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edildiyini xatırladan Bəhruz Quliyev bu qərarın heç də təsadüfi olmadığını qeyd edib: "Ümumiyyətlə, Azərbaycanın bu cür nəhəng tədbirlərə ev sahibliyi etməsi ilk növbədə beynəlxalq aləmin ölkəmizdən öyrəniləcək və çox mühüm faktorlara əsaslanan maraqlarından irəli gəlir. Xüsusilə, BMT-nin bir çox məqamlarda məhz Azərbaycanın üzərində dayanması da belə deməyə əsas verir ki, ölkəmizin nüfuzu, demokratikliyi, multikultural dəyərlərə, tolerantlığa sadiqliyi digər ölkələrdən üstündür. Bu baxımdan, ötən ilin iyul ayında Prezident cənab İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı".

Baş redaktor belə bir tədbirin Azərbaycana verəcəyi töhfələrinə də toxunaraq bildirib ki, artıq bütün dünya Azərbaycanı beyin mərkəzi kimi qəbul edir və bu kimi təşəbbüslər nəticəsində ölkəmizin beynəlxalq statusu daha da artır, onlar bizdən bütün əhəmiyyətli dəyərləri öyrənməyə çalışırlar. İstər özünəməxsus demokratikliyimiz, istərsə də digər ictimai, siyasi və başqa sahələrdə əldə etdiyimiz nailiyyətlə öyrənilir: "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla çoxlu qonaq qatılıb. Məhz bu baxımdan, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malikdir. Həmçinin, bu forum ölkəmizin xarici əlaqələrini də şaxələndirir, bizə yeni-yeni dostlar, tərəfdaşlar qazandırır".

Bəhruz Quliyev o cümlədən bildirib ki, belə tədbirlər bir çox insanların ilk dəfə Azərbaycana təşrif buyurmalarına səbəb olur və onlar ölkəmizin, xalqımızın əvəzolunmaz xüsusiyyətlərini, özünəməxsusluğunu görüb heyran qalırlar: "Eləcə də heç vaxt ölkəmizdə olmayan xarici diplomatlar, siyasətçilər Bakıya təşrif buyurmaqla buradan xeyli informasiya və Azərbaycan həqiqətlərini aparır. Dünya ölkələrinin yüksək səviyyəli təmsilçiləri ölkəmizdəki inkişafı, mühiti, əldə edilmiş nailiyyətləri, xalqımızın mentalitetini, qonaqpərvərliyini öz gözləri ilə görür. Əksər qonaqlar Azərbaycanın inkişaf səviyyəsini, əldə olunmuş naliyyətləri xüsusi vurğu ilə qeyd edirlər. Məsələn, İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia Marqallo deyiib ki, o, Azərbaycanda sürətli inkişafın, dinamik tərəqqinin şahidi olub. Təbii ki, belə bir fikrin bildirilməsinə səbəb ölkə rəhərliyinin apardığı uğurlu siyasətin bariz nəticəsidir".

Forumun digər sahələrdə yeniliklərin, ideyaların irəli sürülməsi ilə yanaşı, əlaqələrin şaxələndirilməsi perspektivini açdığını deyən Baş redaktor: "Azərbaycanla xarici ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanır. Bu gün viza məsələlərinin ciddi problem yaşadındığı ölkələrdən fərqli olaraq, Azərbaycanda xarici ölkə vətəndaşları üçün viza rəsmiləşdirilməsinin asanlaşdırılması və aviareyslərin sayının çoxaldılmasının qarşılıqlı turist səfərlərinin artmasına xidmət edən qərarlar qəbul edilir. Ölkələr arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın önəmi qeyd olunur, müxtəlif layihələr üzrə birgə sərmayələrin yatırılması və birgə layihələrin qısa zamanda reallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılır və s.

Nəticədə biz bir daha şahidi oluruq ki, Azərbaycanda olmasından məmnunluğunu ifadə edən xarici qonaqlar da etiraf edirlər ki, bütün bunlar Azərbaycanın regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunədir. Onlar mədəniyyətlərarası dialoqun gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yaradacağına əminliklərini ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun ən vacib dövlətlərindən birinə çevrildiyini xüsusilə vurğulayırlar", - deyə bildirib.

sia.az

Digər xəbərlər