PDF Oxu

Siyasət

  • 95

Ekspert: “Terrorçunun terrordan danışması həyasızlıqdır”MÜNASİBƏT

Ekspert: “Terrorçunun terrordan danışması həyasızlıqdır”MÜNASİBƏT

Ötən gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı keçirilib. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlamasında bildirib ki, Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürür. Şarmazanovun sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir: insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi; ünvanlı bəyanatlar; Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət. Ermənistan prezidentinin irəli sürdüyü şərtlərlə bağlı SİA-ya münasibət bildirən ASGA Analitik Təhlil Mərkəzinin sədri, siyasi ekspert Azər Verdiyev deyib ki, Serj Sarkisyanın ötən gün irəli sürdüyü şərtlər onun həyatında səsləndirdiyi ən sərsəm fikirlərdən biridir:Azərbaycan torpaqlarının bir hissəsini işğal edən dövlətin rəhbəri bu gün bizdən təminat istəyir. Bu, dünya tarixində görünməmiş, gülünc doğuran bir məsələdir. Bu gün ortada olan məsələ Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Ermənistan öz provakasiyasına bütün dünya dövlətlərini cəlb etməyə, məsuliyyəti üzərindən atmağa çalışır. Həmçinin onun Azərbaycanı terror etməyəcəyi ilə bağlı təminat verməyə çağırmasının özü absurddur.Bu həmin Sarkisyandır ki, Dağlıq Qarabağda hərbiləşdirilmiş dəstələrə rəhbərlik edirdi və sonradan Xocalı soyqırımını törətməsinə görə bir fəxarət hissi keçirdiyini bildirirdi. Xocalı faciəsini törədən əliqanlı Seyran Ohanyan isə müdafiə naziridir. Terrorçunun terrordan danışması həyasızlıqdır. Hesab edirəm ki, bütün bunlar Sarkisyanın son günlərini yaşadığını, çaşqınlıq içərisində olduğunu və nədən danışdığının fərqinə varmamasıdan irəli gəlir.

sia.az

Digər xəbərlər