PDF Oxu

Siyasət

  • 63

BSU-da Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

BSU-da Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

Aprelin 29-da Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin (BSU) Filologiya və Jurnalistika Fakültəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Filologiya elminin aktual problemləri" I Respublika tələbə elmi-praktiki konfransı keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdə ucaldılmış büstü önünə gül dəstələri düzüblər.Konfransı giriş sözü ilə açan BSU-nun filologiya fakültəsinin dekanı, professor Zemfira Vəliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən, təhsil və elmin inkişafındakı rolundan danışıb, konfransın işinə uğurlar arzulayıb.Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, elminin, təhsilinin və digər həyat əhəmiyyətli sahələrin inkişafında müstəsna xidmətlərindən, milli mənəvi dəyərlərimizin qorunmasına verdiyi əvəzsiz töhfələrdən danışıblar.Konfransda BSU-nun tələbələri ilə yanaşı digər ali təhsil ocaqlarının tələbə və magistrları da iştirak ediblər.Sonra konfrans işini bölmələrdə davam etdirib. Beş bölmədə müxtəlif universitetlərin tələbələrinin təqdim etdikləri 120 məruzə dinlənib.Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

AZƏRTAC

Digər xəbərlər