"Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyanatla çıxış edib ki, Rusiya və İran Ermənistanın yanındadır. O deməsə də, bilirik ki, Rusiya həmişə Ermənistanın yanındadır. İndi isə bu ölkə erməniləri daha çox müdafiə edir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloq təəssüflə qeyd edib ki, 35 milyon soydaşımızın yer aldığı İranın fars rejimi də Ermənistanı dəstəkləyir: "Ancaq bizim yanımızda da bir sıra dövlətlər var. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Avropa ölkələri və digərləri Azərbaycanı müdafiə edir. Azərbaycan əvvəlki kimi təklənmiş vəziyyətdə deyil. Onun səsini eşidənlər kifayət qədər çoxdur. Jirinovskinin vətəni isə bu gün faktiki olaraq təklənib. Onun yanında bircə İran var. Jirinovskinin özünü didib-dağıtması, sərsəm bəyanatları heç nəyə fayda gətirməyəcək. Bu mənasız bəyanatlar sadəcə prosesləri bir az uzada bilər. Sonda yenə haqq, yəni biz qalib gələcəyik".
sia.az