Millət vəkili Qənirə Paşayeva Aydında Şəhid ailələri cəmiyyətini və şəhid ailələrini ziyarət edib.SİA-nın məlumatına görə, Azərbaycan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ problemi ilə bağlı Aydın vilayətində, Nazilidə vilayətində konfranslarda iştirak edən millət vəkili Q.Paşayeva deyib ki, bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik.Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb.
Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan Q.Paşayeva onları Azərbaycana dəvət edib.
Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər cəmiyyəti üzvləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmuniyyətlə, Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər.
Q. Paşayeva isə eyni zamanda son günlər terrorla və terror təşkilatları ilə mübarizədə şəhid olan Aydın, Nazilidən şəhidlərin ailələrini də ziyarət edib, onlara başsağlığı verib: "Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür. Biz də bu hadisələrdən çox narahatıq və çox üzüldük. Allahdan şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır".
sia.az