"Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsinə səfəri tarixi səfər kimi səciyyələndirilə bilər". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Deputat bildirib ki, ilk dəfə olaraq Azərbaycanın Ali Baş Komandanı təmas xəttinə son taktiki döyüşlərdə qələbə qazanmış bir ordunun Komandanı kimi getmişdi: "Üstəlik bu səfərdə ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva da iştirak edirdi.Bu təmas xəttinə yaxın rayonlarda yaşayan vətəndaşlarımızın mənəvi -psixoloji ovqatı baxımından olduqca vacib idi. Hər bir Azərbaycan vətəndaşı bir daha gördü ki, Prezident öz ailəsi ilə birlikdə ön cəbhədədir , döyüş xəttindədir, Xalqı ilə bir yerdədir , Milli ordumuzun önündədir. Elə bu birlik və güc düşməni qorxudur,vahiməyə salır".Hikmət Babaoğlu həmçinin onu da qeyd edib ki, Prezidentin cəbhə bölgəsinə səfəri isə Azərbaycan ordusunda yüksək hərbi vətənpərvətlik hissi yaradır: "Prezident bir daha təmas xəttində bəyan etdi ki, aprelin ilk günlərində erməni işğalçı ordusu yenidən atəşkəsi pozdu və ordumuz tərəfindən layiqli cavab aldı. Lakin buna baxmayaraq aprelin 5-də Azərbaycan tərəfini sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verdi, ancaq aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimiz yenə atəşə tutuldu . Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir , döyüş mövqelərimiz daha da möhkəmlənib , dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər özünü doğruldub . Bu həm işğalçı Ermənistana , həm də onu himayə edənlərə açıq məsaj idi. Hamıya bir daha nümayiş etdirildi ki, Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazırdır və gec-tez bunu edəcək".
sia.az