"Ümumiyyətlə ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti, ABŞ-la Rusiyanın fəal şəkildə telefon danışığı aparması sadəcə olaraq görüntüyə hesablanıb". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, onların Ermənistanın barışmaz mövqeyi və bu mövqeni davam etdirməsi ilə bağlı hansısa addımlar atacağı gözlənilmir: "Hətta son hadisələr göstərdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanla bağlı hansısa planı yoxdur. Əksinə Rusiya və ABŞ işğalçı ölkənin mövqeyini müdafiə edirlər. Ona görə də danışıqların Azərbaycana heç bir təsir imkanları yoxdur. Ola bilər ki, rəsmi Bakıya təzyiq etsinlər və ölkəmizi hərbi əməliyyatdan daşınmağa çalışsınlar".Akif Nağı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun mayın əvvəllərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Brüsseldə keçirəcəyi görüşə də münasibət bildirib: "Bu görüşdən də uğurlu hansısa addım gözləməyə dəyməz. Həmsədrlər yalnız cəbhə xəttində atəşkəsə əməl olunmasını söyləyəcəklər. Bu isə o deməkdir ki, onlar sadəcə status-kvonun saxlanılmasına çalışırlar. Başqa mənada onlardan hansısa yeni təşəbbüs gözləməyə dəyməz".
sia.az