PDF Oxu

Siyasət

  • 38

Azər Badamov: “Ölkə başçısının səfəri orduda ruh yüksəkliyi yaradıb” AÇIQLAMA

Azər Badamov: “Ölkə başçısının səfəri orduda ruh yüksəkliyi yaradıb” AÇIQLAMA

"Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə getməsi, xüsusilə düşmənlə üzbəüz mövqələrə 200 metr yaxın məsafədə yerləşən yaşayış məntəqələrində olması dövlət başçısının öz xalqına, Vətənə olan sevgi və məhəbbətinin göstəricisidir. Bu, dövlət başçısının xalqın hər bir probleminə böyük həssaslıqla yanaşdığını göstərdi". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Prezidentin sadə vətəndaşlarla görüşməsi, düşmənin mülki əhaliyə atəşi zamanı dağıdılmış evlərinə baxış keçirməsi və ziyanın bərpasına dair tapşırıqlar verməsi əhalidə böyük inam və ruh yüksəkliyi yaradıb: "Bu, bir daha onu göstərdi ki, cənab Prezident xalqın taleyini hər şeydən üstün tutur Cəbhə bölgəsində yerləşən hərbi hissəni ziyarət etməsi, əsgərlərin yaşayışı ilə tanış olması və şücaət göstərən hərbiçiləri şəxsən təltif etməsi İlham Əliyevin əsl Ali Baş Komandan olduğunun göstəricisidir. Qısa olaraq qeyd etmək istəyirəm ki, cəbhə bölgəsində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına ölkə başçısının səfəri orduda və əhalidə böyük ruh yüksəkliyi yaradıb, hamılıqla dövlət başçısının ətrafında birləşərək torpaqlarımızı düşmən tapdağından azad etmək inamını artırıb".

sia.az

Digər xəbərlər